“Türkiyə hökuməti zorakılığa və təxribatlara yol verməyəcək”
Tarix: 07.06.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“Türkiyə hökuməti ayrı-ayrı qrupların ölkə iqtisadiyyatının çökməsinə yönəlmiş zorakılığına və təxribatlarına yol verməyəcək. Əksinə, biz hazırladığımız bütün planları həyata keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şimali Afrika turnesindən döndükdə, onu İstanbul aeroportunda qarşılayan minlərlə tərəfdarlarının qarşısında çıxışı zamanı bəyan edib.
Ölkədə yaranmış vəziyyəti şərh edərkən, o toqquşmaların səbəblərini və polisin həddindən artıq güc tətbiq etmə hallarını əsaslı şəkildə araşdırılacağını vəd edib. Ərdoğan qeyd edib ki, müəyyən qruplar ölkədə yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi qazanc əldə etməyə çalışır. Ərdoğan etirazçılara səslənərək onları “Taksim meydanından getməyə və bütün xalqla birgə ümumi məsələləri həll etməyə” çağırıb. Ərdoğanın sözlərinə görə, hökumət Türkiyədə qarşıdakı təxribatlar barədə əvvəlcədən məlumatlandırılmışdı və etiraz aksiyaları xarici qüvvələrlə əlaqəlidir. Türkiyədə günlərdir davam edən iğtişaşlar zamanı 915 nəfər mülki şəxs xəstəxanalara yerləşdirilib. Bunu Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bəyan edib. Onun sözlərinə görə, hazırda 79 nəfər stasionar şəraitdə müalicəni davam etdirir, onlardan 8-i reanimasiya şöbəsindədir, 4 nəfərin isə vəziyyəti kritikdir. Bundan əvvəl bildirilirdi ki, iğtişaşlar zamanı 516 nəfəri asayiş keşikçisi olmaqla, 3 mindən çox insan xəsarət alıb. Söhbət hadisə yerində tibbi yardım almış və xəstəxanalara müraciət etməmiş şəxslər də daxil olmaqla bütün xəsarət alanlardan gedir. M.Gülər həmçinin qeyd edib ki, iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 70 milyon lirə təşkil edib. Nazir vurğulayıb ki, polisin həddindən artıq güc tətbiq etməsi ilə bağlı müşahidə kameralarının görüntülərinin araşdırılması davam etdirilir: “Hücumlara, daş-qalaqlara baxmayaraq, bizim təhlükəsizlik qüvvələrimiz, onlara verilmiş səlahiyyətlər çərçivəsində öz vəzifələrinin icrasını davam edəcək. Demokratik şəraitdə keçirilən aksiyalarda təxribatçıların iştirakına yol vermək lazım deyil. Təxribatlara cavab olaraq bizim susacağımızdan söhbət belə gedə bilməz. Təhlükəsizliyi təmin etmək üçün bizim qanunla müəyyən olunmuş vəzifələrimiz var”. M.Gülər qeyd edib ki, hər bir vətəndaş qanunun keşiyində durmalıdır və sosial şəbəkələrini təxribat məqsədləri üçün istifadə etməməlidir. “Twitter” sosial şəbəkəsində iğtişaşlara çağıran onlarla vətəndaş saxlanılıb. M.Gülər bildirib ki, polis İstanbul və Ankarada ölkəyə adi pasportla gəlmiş 7 xarici vətəndaşı saxlayıb. Onların arasında iki fransız, iki iranlı, ABŞ, Almaniya və Yunanıstan vətəndaşları var.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info