MOİK-in idmançısından qızıl medal
Tarix: 18.05.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə - mayın 17-də Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ilk qızıl medalı qazanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, çempionatda qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb. İdmançımız bu qələbə sayəsində 33-cü dünya çempionatında Azərbaycan komandasının aktivinə ilk qızıl medalı yazdırıb. Yunan-Roma güləşi yarışlarında 60 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan idmançımız Murad Məmmədov əvvəlcə macarıstanlı B.Kovaça, sonra isə Ermənistan təmsilçisi A.Manuçaryana qalib gələrək finala yüksəlib. Digər təmsilçimiz Ülvi Qənizadə (72 kq) Qazaxıstan idmançısı İbrahim Maqomedovu və Ermənistan güləşçisi Armen Hakopyanı məğlub edərək finala vəsiqə qazanıb. Hər iki güləşçimizin final qarşılaşmaları mayın 18-də keçiriləcək. Xatırladaq ki, hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info