Avropa İttifaqı strateji və iqtisadi suverenliyini qoruya biləcəkmi?
Tarix: 18.05.2018 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Makron: “Avropa İttifaqı liderləri Avropa müəssisələrini ABŞ-ın İran üzrə yeni sanksiyalarından qorumaq barədə razılığa gəliblər”

“İranla nüvə sazişini nəinki qoruyub saxlamaq, həm də raket probleminin həlli yolları və İranın regiondakı rolu ilə bağlı məsələləri daxil etməklə onu genişləndirmək lazımdır.” Bu barədə dünən Sofiya şəhərində keçirilən Avropa İttifaqı – Qərbi Balkan ölkələri sammitinə gələn Fransa Prezidenti Emmanuel Makron bildirib. O, həmçinin sammitin işgüzar şam yeməyi zamanı Aİ liderlərinin Avropa müəssisələrini ABŞ-ın İran üzrə yeni sanksiyalarından qorumaq barədə razılığa gəldiklərini deyib. Emmanuel Makronun sözlərinə görə, Avropa Komissiyası kompaniyaların müdafiəsi üçün texniki təkliflər paketini formalaşdırıb. Bununla yanaşı, Fransa lideri beynəlxalq korporasiyaların öz maraqları çərçivəsində İranla işləmək barədə müstəqil qərar verməli olduqlarını da qeyd edib. Makron bildirib ki, Avropa İttifaqı öz şirkətlərinin İranda fəaliyyət göstərməsini təmin edəcək və ittifaq liderləri Avropanın strateji və iqtisadi suverenliyini qoruyacaqlarını təsdiqləyiblər: “İran məsələsi və ticarətlə bağlı geniş müzakirələr oldu. Avropa dünyada sülhün və regionda sabitliyin təmin olunmasında vahid mövqedədir. Biz daimi şəkildə belə bir mövqedən çıxış edirik ki, İranla əldə edilən razılaşma bu balansın çox vacib elementidir. Buna görə də biz sazişi dəstəkləyirik. ABŞ-ın qərarından asılı olmayaraq imzalanmış çərçivə sazişi qüvvədə qalır və biz İranda fəaliyyət göstərən şirkətlərimizə siyasi dəstəyimizi davam etdirəcəyik”. Makron onu da bildirib ki, hələ ötən ilin sentyabr ayında məlum nüvə razılaşmasına 2025-ci ildən sonrakı nüvə fəaliyyəti və raket proqramları ilə bağlı əlavələr edilməsi ilə bağlı mövqe ortaya qoyub. Makron deyib ki, ABŞ sanksiyaları ilə üzləşəcək şirkətlərə kompensasiya veriləcək. Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları qaytaracağını, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb. Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bəyan edib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info