MEK əməkdaşları Qubadakı soyqırımı məzarlığını ziyarət ediblər
Tarix: 18.05.2018 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Quba rayonunda yerləşən soyqırımı məzarlığını ziyarət ediblər.
MEK əməkdaşları Quba Soyqırımı memorial abidəsinin önündə faciə qurbanlarının xatirəsini yad edib, onların günahsız ruhlarına Allahdan rəhmət diləyiblər. Hadisə haqqında fikirlərini bölüşən MEK əməkdaşları 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş silsilə soyqırımları milli yaddaşımızın acısı adlandırıblar. Bu faciələr bir daha yaşanmasın deyə, tariximizin son 2 əsri üçün xarakterik olan hadisələrdən düzgün nəticə çıxarmağın, fərd kimi, vətəndaş kimi zamanın öhdəmizə qoyduğu vəzifələri təxirəsalınmadan yerinə yetirməyin vacibliyi vurğulanıb.
Məlumat üçün bildirək ki, 1918-ci il soyqırımı hadisələrinin tarixiləşdirilməsi istiqamətində MEK-də müxtəlif səpkidə işlər görülüb. Bu məqsədlə “31 Mart soyqırımı”na həsr olunmuş sərgi təşkil edilmiş, kitabxana fondlarında soyqırımına aid olan bütün sənədlər elektron kataloqa salınaraq MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş, sosial şəbəkələrdə və www.mek.az saytında vaxtaşırı bu mövzuda materiallar təqdim edilmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info