Lənkəranda “Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda“ təlim başlayır
Tarix: 18.05.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənclər Təşkikatları Milli Şurası tərəfindən "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursuna start verilir.
Layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliyi Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan gənc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyi probleminin təbliğatını aparmaqdır.

Layihə çərçivəsində ümummilikdə iki hissədən ibarət olmaqla təlimləndirmə və təbliğat olacaq. 3 gün davam edəcək təlimləndirmə hissəsində “Dayanıqlı İnkişaf Məqsədləri (DİM)” haqqında təlimçi tərəfindən ətraflı məlumat veriləcək. Daha sonra “Gender stereotipləri və xülafə”, “Qadınların cəmiyyətdə rolu, dünyada və Azərbaycanda qadın zorakılğı” mövzular üzrə müzakirələr keçiriləcək. Təlimin növbəti günündə “Gender bərabərsizliyini yaradan səbəblər və amillər”, “Gender bərabərsizliyini aradan qaldıracaq həll yolları” və “İştirakçıların mövzu ilə bağlı gələcək planlarının tərtibi” mövzular üzrə qrup işləri təşkil olunacaq. Təlim kursun sonuncu günündə iştirakçıların mövzu ilə bağlı gələcək planlarının təqdimatı olacaq. Təlimin sonunda iştirakçılara təşkilatçılar tərəfindən şəhadətnamə təqdim olunacaq.

Təlimlər başa çatdıqdan sonra iştirakçıların təbliğat hissəsi start veriləcək. Təbliğat hissəsində gənclər yaşadığı rayonlarda mövzu ilə layihələr həyata keçirəcəklər.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova: “Düşünürəm ki Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçüm gənclər bu məqsədlərin elçiləri olmalıdır. Azərbyacan cəmiyyəti üçün ən vacib məqsədlərdən biri olan Gender Bərabərliyi naminə gənc kişilər və qadınlar birgə tövhələrin verməlidirlər. Bu layihədə qeyd etdiyim birliyi müşahidə edə bilirik”.

Qeyd edək ki, "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursu BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) arasında yer alan 5 nömrəli ‘’Gender Bərabərliyi’’ məqsədini əsas tutaraq həyata keçirilir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info