“Milli şura”nın siyasi uğurundan danışmaq yersizdir”
Tarix: 07.06.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri “milli şura”nın təsisat məsələsində diqqətçəkən bir çox məqamların olduğunu hesab edir. “Trend”ə açıqlamasında VİP sədri Əli Əliyev bildirib ki, nəzərə almaq lazımdır ki, tərkibi az sayda elan olunmuş qurumun üzvlərinin sayı indi 129 nəfərə qaldırılıb.
Ə.Əliyev hesab edir ki, bu, birinci növbədə “milli şura”da daxili narazılıqdan, uzlaşmanın çətinliyindən xəbər verir: "İkinci diqqətçəkən məqam iştirak məsələsidir. Yeni təsis olunan qurumun üzvlərinin təxminən 25 faizi yığıncaqda iştirak etməyib. Üçüncü bir məqam odur ki, üzvlərin siyahısını analiz edən zaman görürük ki, bu işin başında duran partiyaların tərəfdarlarının sayı elan olunduğu kimi hər partiyadan 12 nəfər deyil. Onlar başqa qurumların adı altında öz adamlarını yerləşdiriblər". Ə.Əliyev vurğulayıb ki, çox maraqlıdır ki, siyahıda “milli şura”nın əleyhinə çıxış etmiş adamların, həmçinin rəsmi şəkildə “milli şura”da iştirakdan imtina etmiş şəxslərin adı yazılıb, xüsusən, Müsavat təmsilçilərindən bir neçəsinin adına rast gəlinir. VİP sədri hesab edir ki, mahiyyət etibarilə “milli şura” “ictimai palata”dan heç nə ilə fərqlənmir və şok yaradacaq və yaxud cəmiyyətdə təlatüm törədə biləcək heç kimin adına rast gəlinmir: "Bu, inqilab yolu elan etmiş şəxslərin psixoloji durumundan xəbər verir". Ə.Əliyevin fikrincə, digər diqqət çəkən məqam Rüstəm İbrahimbəyov ilə bağlıdır: "Bu vaxta qədər müzakirə olunan həmsədrlik institutundan imtina olundu. Rüstəm İbrahimbəyov tək sədr elan edildi və bu da “milli şura”nın Rüstəm bəyin personasından asılılığını göstərir". VİP sədrinin fikrincə, digər maraqlı məqam vahid namizəd məsələsində Rüstəm bəyə "yox" deyilməsidir. O hesab edir ki, görünür, prezident seçkilərində iştiraka iddialı olan şəxslər hələ Rüstəm İbrahimbəyovun vahid namizədliyində razılığa gələ bilməyiblər və yaxud verdikləri bəyanatlardan belə aydın olur ki, prezidentliyə namizədliyə iddialı olan, kifayət qədər qəti mövqe nümayiş etdirən Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyinə razılıq vermir: "Yəni, bu məqamlar kifayət qədər mürəkkəb və gələcəkdə o təşkilata əngəl ola biləcək məqamlardır. Mən əvvəldən demişəm ki, “milli şura”nın heç bir perspektivi olmayacaq. Ətrafında yaxşı PR qurulacaq, yaxşı vəsait xərclənəcək, kimlərsə öz fəaliyyətində olan durğunluğu aradan qaldıracaq, kimlərsə şəxsi maliyyə imkanlarını yüksəldəcək və kimlərsə öz siyasi dividendlərini artıracaq. Ancaq bütövlükdə siyasi uğurdan danışmaq yersizdir və heç bir perspektivi olmayan bir təşkilatdır".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info