Qazaxda AXC-nin yaşıdı Nəbi Nəbiyevin 100 yaşı qeyd olunub
Tarix: 18.05.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Qazax rayonunun ucqar sərhəd kəndi olan Kəmərlidə Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı, İkinci Dünya müharibəsi veteranı Nəbi Daşdəmir oğlu Nəbiyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, sərhədboyu bölgənin keşiyində mərdliklə duran Vətən əsgərləri, Kəmərli və qonşu kəndlərin ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Hərbi orkestrin müşayiəti ilə 100 yaşlı müharibə veteranı müasir Azərbaycan Ordusunun hərbi səhra geyimində at belində meydana gətirilib, sərrast addımlarla tədbir iştirakçılarının qarşısından keçib. Dövlət bayraqları və Azərbaycan milli atıcı diviziyalarının döyüs bayraqları dalğalanan yaşıl yamacda Qazaxın ən uzunömürlü sakini 112 yaşlı Sayalı nənə öz həyətində becərdiyi qızıl güllərlə Nəbi babanı qarşılayıb.
Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından yubilyarı və tədbir iştirakçılarını salamlayıb.
Qeyd edilib ki, uzunömürlülər diyarı doğma Azərbaycanımızda hər bir əmək və müharibə veteranı dövlət səviyyəsində xüsusi diqqət və qayğı ilə əhatə olunub. Belə insanlardan biri də Nəbi babadır. Qazax elində hamı Nəbi babanı xeyirxah, səmimi, vətənpərvər, Heydər Əliyev ideyalarına sədaqətli bir kişi kimi tanıyır, ona böyük məhəbbət bəsləyir. Nəbi baba bu dağlarda döyüş növbəsində ayıq-sayıq dayanan Vətən əsgərlərinin də sevimlisidir.
Abdulla Qurbani müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini və xüsusi hədiyyələrini bir əsr şərəfli ömür yaşamış el ağsaqqalına, müharibə veteranına təqdim edib.
Müdafiə nazirinin təbrikində 100 yaşlı Nəbi babanın Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiyi, onun mənalı həyat və döyüş yolunun hər bir gənc üçün örnək olduğu vurğulanır. Bildirilir ki, Nəbi Nəbiyev ömrünün ixtiyar çağında da gənc nəslin vətənpərvərlik tərbiyəsində, Azərbaycan Ordusunun əsgər və zabitlərinin döyüş ruhunun, mənəvi-psıxoloji hazırlığının yüksəldilməsində səylərini əsirgəmir.
“100 illik ömrüm boyu belə yubiley görməmişəm”, - deyə kövrələn Nəbi baba tədbir iştirakçılarına da duyğulu anlar yaşadıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı Nəbi babaya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə bütün qazaxlılar adından minnətdarlıq edib. “Vaxt var idi ki, bu yerlər təhlükəli, qanlı-qadalı idi. İndi isə Ali Baş Komandanımızın rəhbərliyi altında, milli ordumuzun sayəsində bu yerlər rayon sakinlərinin yaylaq yerlərinə, otlaq yerlərinə, əkin biçin yerlərinə çevrilib. Bu gün isə burada əsl bayram, qələbəlikdir. Bütün bunlara görə bir daha ölkə rəhbərliyinə borcluyuq”, - deyə icra hakimiyyətinin başçısı qeyd edib.
Gəncə şəhər müharibə veteranları adından Nəbi babanı təbrikə gələn 98 yaşlı Tofiq Hüseynov, Müdafiə Nazirliyinin zabiti Emin Səfərov, Azərbaycan Yazıçılar Birliyi Qazax rayon zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair-publisist Barat Vüsal, respublikanın Xalq Artisti Tariyel Qasımov və başqaları çıxış edərək yubilyara səmimi arzularını, tədbirin təşkilatçılarına isə minnətdarlıqlarını bildiriblər.
Nəbi Daşdəmir oğluna respublika veteranlar təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynovun adından “General Əlaga Şıxlinski” yubiley medalı təqdim olunub.
Aşıq Hüseynlə aşıq Kifayət ifaları ilə məclisə xoş ovqat bəxş ediblər. “Yanıq Kərəmi”, “Rühani”, “Misri” havaları dağlarda əks-səda verib.
Nəbi baba “Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdaram. Ali Baş Komandan Qarabağa hücum əmri verərsə, mən də ön sıralarda olacağam!”- deyib.
Qara zurnanın sədaları altında veteranlar, hərbçilər rəqs ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info