“Bakcell”in ən populyar “Əla” tarifi limitsiz olub
Tarix: 18.05.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti abunəçilərin ən sevimli “ƏlaCIN” tarifini yeni çeşidlər vasitəsilə genişləndirdi. Beləliklə, yeni “ƏlaGün” və “ƏlaAy” tarif planları sayəsində müştərilər istənilən “Bakcell” abunəçisi ilə limitsiz zənglərdən yararlana biləcəklər. “Bakcell” abunəçilərinin ən sevimli tariflərindən olan “ƏlaCIN” indi “ƏlaSaat” oldu. “ƏlaSaat” heç bir abunə haqqı olmadan və saatda sadəcə 0.07 AZN ödəməklə, şəbəkə daxilində fasiləsiz olaraq danışmaq imkanı verir.
İndi isə, 1 saatlıq zənglərlə məhdudlaşmağa ehtiyac yoxdur, çünki abunəçilər bütün gün və hətta bütün ay ərzində limitsiz zənglərdən yararlanmaq üçün gözəl fürsət əldə ediblər. Belə ki, yeni “ƏlaGün” tarifi sayəsində müştərilər gündə sadəcə 0.70 AZN ödəməklə şəbəkə daxilidə bütün gün ərzində limitsiz danışacaqlar. Bundan əlavə onlara 50 ölkədaxili SMS bonus olaraq təqdim ediləcək.
Yeni “ƏlaAy” tarifi isə daha çox danışmaq arzusunda olan abunəçilərin ürəyincə olacaq. Çünki bu tarifin istifadəçiləri ayda 17 AZN ödəyib bütün ay ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar. Bu da son deyil, “ƏlaAy” istifadəçilərinə hər ay bonus olaraq 500 ölkədaxili SMS və 500 Mb İnternet veriləcək.
“ƏlaSaat” tarifinə qoşulmaq üçün *307#YES kodunu, “ƏlaGün” tarifinə qoşulmaq üçün *370#YES kodunu, “ƏlaAy” tarifinə qoşulmaq üçün isə *317#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki “ƏlaGün” və “ƏlaAy” tariflərində ədalətli istifadə siyasəti tətbiq olunur.
Yeni limitsiz CIN tariflərini təqdim etməklə “Bakcell” öz müştərilərinə dəqiqələri saymadan və dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst və limitsiz danışmaq imkanını təklif edir.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.
“Bakcell” şirkətinin yeni “ƏlaSaat”, “ƏlaGün” və “ƏlaAy” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info