Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 56 əcnəbi aşkar edilib
Tarix: 18.05.2018 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı həyata keçirdiyi tədbirlər nəticəsində 56 əcnəbi aşkar edilib.
DMX-dən bildiriblər ki, onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan vətəndaşıdır. Həmin şəxslərdən 38-i Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.
Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyri-qanuni olaraq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyənləşib.
Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameşin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Türkiyəyə göndərilmək adı altında Azərbaycana gətirilməsinin və burada yerləşdirilməsinin təşkil edildiyi məlum olub. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçirilməklə leqallaşacaqlarına vəd verilib və qanunsuz miqranta çevrilmələrinə şərait yaradılıb. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və İran vətəndaşlarının ölkəni tərk etmələri təmin edilib. Digər şəxslərin də Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info