GMO məhsullarla bağlı əhali maarifləndirilir
Tarix: 18.05.2018 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində Nəsimi rayon İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və onun zərərli nəticələri” mövzularında elmi nəzəri praktik konfrans keçirilib. GVB-n mətubat və informasiya şöbəsindən məlumat verilib.
Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ş.Barqanova, məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri ,GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın direktor mwavini Nəsib Musayev tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib. Sonra o qeyd etdi ki, Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır. Sonra qeyd edən Nəsib Musayev bildirdi ki, GMO qida məhsullarla bağlı ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirləri gücləndirmək lazımdır. . Layihə rəhbəri M. Əliyev qarşıdan gələn Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir iştirakcılarını təbrik etdikdən sonra layihə çərçivəsində keçirilən tədbirlərdən və onun mahiyyətindən danışdı . Sonra o, qeyd etdi ki, Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Bioloq ,Mehriban Kərimova qeyd edərək bildirdi ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq lazımdır: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar, Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Tədbirdə ,çıxış edənlər m’kt’bin biologiya kinya müəlliməsi ,GVİB-n məktəblərlə iş şöbəsinin müdiri A.Hüseyinova ,GVİB-n Qaradağ üzrə səlahiyyətli nümayəndəsi A. Həsənov və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar. Qeyd etmək lazımdı ki, Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və onun zərərli nəticələri ” mövzusunda keçirilən tədbirdə Nəsimi rayon İlyas Əfəndiyev adına Elitar Gimnaziyasının direktoru Sevda Quliyeva, AMEA-n Azərbaycan Tarix Müzeyinin əməkdaşı Vüqar Xudaverdi və GVİB-n Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Akşın Həsənov və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə və gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsində və əməkaşlıqlarına görə GVİB tərəfindən fəxri fərmanlarla təltif olunublar. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklek paylanmışdır Tədbirdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info