Məktəblilərin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib
Tarix: 18.05.2018 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, ictimai-humanitar sektorun müdiri Günel Abdulla-zadə, bələdiyyə üzvləri və qəsəbə ərazisində yerləşən 100, 99, 143 saylı tam orta məktəblərin şagirdləri iştirak edib.
Muzey bələdçisi şagirdlərə ətraflı məlumat verərək, bildirmişdir ki, Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.
Yarandığı gündən muzeyin ekspozisiyası və fondu ardıcıl olaraq təzələnir və respublika kənd təsərrüfatının müasir vəziyyətini, tarixi inkişafını əks etdirən yeni-yeni materiallarla, eksponatlarla zənginləşir. Muzeydə Azərbaycanın kənd təsərrüfatının demək olar ki, bütün sahələri öz əksini tapmışdır.
Hazırda ekspozisiya 500 m2 sahəni əhatə edir. Muzey zəngin fonda və müasir standartlara uyğun tərtib olunmuş gözəl ekspozisiyaya malikdir. Ekskursiya şagirdlərdə xoş təəsürat yaradıb və fotolar çəkilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Güclü küləyə görə metronun “Elmlər Akademiyası“ stansiyasının çıxışı bağlandı
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info