Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir
Tarix: 19.05.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“N” nömrəli hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət himni səsləndirilib. Tədbiri açıq elan edən polkovnik Mehman Kərimov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verilərək bildirilib ki, Cümhuriyyətin, o cümlədən Azərbaycan Ordusunun 100 illik yubileyləri ölkəmizin hər bir guşəsində olduğu kimi Ordu sıralarında da geniş qeyd edilir. Bu gün müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varislik prinsipinə əsaslandığı və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu əsas götürərək dövlətçilik yolunda qətiyyətlə irəliləməsi xüsusi vurğulanıb. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artıq dünya dövlətləri arasında özünəməxsus yer tutduğunu, iqtisadi cəhətdən inkişaf etməkdə olan bir dövlətə çevrildiyini və bu gün respublikamızda dövlətçilik ənənələrinin ləyaqətlə qorunaraq gələcək nəsillərə ötürüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin geniş konsert proqramı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info