“Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb”
Tarix: 19.05.2018 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Mayın 18-də birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə “Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri” mövzusunda seminar keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov seminarda iştirak edən şəxsi heyətlə görüşüb. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Döyüş və mənəvi-psixoloji hazırlıq işinin cari vəziyyəti ilə bağlı geniş təhlil aparan general-polkovnik Z.Həsənov bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir sıra digər məsələlərlə bağlı fikirlərini bölüşüb. Ordumuzun qazandığı nailiyyətləri xüsusi qeyd edən Müdafiə naziri bu uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü daxili və xarici siyasəti Ermənistanı bütün regional və beynəlxalq iqtisadi layihələrdən təcrid edərək xarici yardımlardan asılı vəziyyətə salıb. Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb.
Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlarını verib.
Sonra seminarın mövzusu ilə əlaqədar məruzələr dinlənilib, iştirakçılar fikir mübadiləsi aparıb və mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info