Ermənistanda kütləvi ixtisarlar başlayıb
Tarix: 08.06.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Ermənilər ölkəni birdəfəlik tərk etməyə və ya aclıq və səfalətdən ölkənin qəbiristanlığa çevrilməsinə hazır olmalıdır

Elman Abdullayev: “Rəsmi İrəvanın dar düşüncəsi ona gətirib çıxarıb ki, Ermənistan regionda gedən inkişaf proseslərindən kənarda qalıb”

“Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanla bağlı bəyanatı populist xarakter daşıyır və ultramillətçilərin sifarişi ilə verilmiş bəyanatdır”. Bu açıqlamanı jurnalistlərə Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev verib. “Maraqlıdır, Sərkisyan hansı ekspertlərin fikirlərinə əsaslanır?
Ölkəni bu vəziyyətə gətirib çıxaran ekspertlərin? Regionda lider dövlət olan Azərbaycan haqqında bu cür populist çıxışlar edən Ermənistan prezidenti unudur ki, bu gün onun xalqı fəlakət vəziyyətindədir. Rəsmi İrəvanın dar düşüncəsi ona gətirib çıxarıb ki, Ermənistan regionda gedən inkişaf proseslərindən kənarda qalıb. Yəqin ki, Ermənistan prezidentini qıcıqlandıran da bu məqamdır. O erməni xalqı qarşısında günahlarına necə haqq qazandıracağını bilmir”. Elman Abdullayev bildirib ki, ölkə iqtisadiyyatının modernizasiyası barədə boş sözlər bir şeydir, iqtisadiyyatı öz xalqının rifahı naminə inkişaf etdirmək isə başqa şeydir: “Azərbaycanla Ermənistanın inkişafı arasında uçurum ağlasığmaz ölçülər alıb”. Həqiqətən də, həyasızlıq ikinci xoşbəxtlikdir. Sən bir xalqa qarşı soyqırımı törət, hakimiyyətə gəlmək üçün 10 nəfəri güllələtdir, ölkə təcridxanalarını siyasi məhbuslarla doldur, müxalifəti təpə-qapaz edib səsini çıxarmağa qoyma, varidatın haqqında bir qəzetə sığışmayan faktlar açıqlansın, əhalini ölkədən didərgin sal, sonra da demokratiyadan, insan haqlarından danış, başqalarını korrupsiyada, avtoritarizmdə ittiham et. Bəli, erməni xalqı hazır olmalıdır. Amma Azərbaycanla bağlı yaranacaq yeni vəziyyətə deyil, ölkədən birdəfəlik baş götürüb getməyə və ya aclıq və səfalətdən ölkənin qəbiristanlığa çevrilməsinə! Bunun üçün yeni zəmin hazırlanır. Belə ki, Ermənistanın bir çox nazirlikləri və idarələrində, polisdə, hətta məktəblərdə belə genişmiqyaslı ixtisarlar başlayıb. İndi ya bu ölkədən qaçmaq, ya da yaydan qış üçün odun və şam tədarükünə başlamaq lazımdır. Bu bədbin zarafat Ermənistanda yayılıb. Ermənistanın prezidenti Sərkisyan Azərbaycanla 2-3 ildən sonra nə olacağını düşünür. Onu bu məsələ çox narahat edir. Öz ölkəsində isə hər şey çat verir. Respublikada iqtisadi vəziyyət kəskin pisləşir. Hakimiyyətin bəzi idarələrdə minimal əməkhaqqını artırmaq sözün əsl mənasında gözə kül üfürməkdir. "Jamanak" qəzetinin yazdığına görə, nazirliklərdə və idarələrdə, polisdə, məktəblərdə ixtisarlar başlayıb. Nəticədə işsizlər ordusu kəskin artır. Amma prezident və onun ərtafındakılar üçün əsas başağrısı qaz və elektrik enerjisi tariflərinin gözlənilən artımıdır. Küçələrə öz etirazını bildirmək üçün çıxmağa başlayan xalqı hansı yollasa sakitləşdirmək üçün hakimiyyət qiymət artımını subsidiyalaşdırmağa söz verib. İqtisadçılar hesablamalarına görə, minimum 150 milyon lazımdır. Bu pulu haradan götürmək olar? İqtisadçılar hətta hakimiyyətin belə bu sualın cavabını bilmədiyini düşünürlər. Ermənilər, həqiqətən də, dözümlü xalqdır. 20 ildir onların mədələrini boş sözlərlə doldururlar, yenə də qıcqırmır ki, qıcqırmır. Sərkisyanın qardaşı Saşik sabah bu yeni ideyanın şərəfinə İrəvan restoranlarından birində ziyafət verib bir-iki nəfəri mütləq güllələyəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info