Hərbçilər arasında güləş üzrə Dünya Çempionatı davam edir
Tarix: 19.05.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər



Moskva şəhərində hərbçilər arasında güləş üzrə keçirilən 33-cü dünya çempionatı davam edir.

Bu gün güləşin yunan-Roma növü üzrə 60 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub. Qızıl medal uğrunda keçirilən görüşdə təmsilçimiz Murad Məmmədov Rusiya güləşçisi Canpolad Lokayevə məğlub olaraq gümüş medalla kifayətlənib. 72 kiloqram çəki dərəcəsində isə digər idmançımız Ülvi Qənizadə finalda Rusiya güləşçisi Adam Kurakla görüşüb. Gərgin keçən mübarizədə Ü.Qənizadə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib. 77 kiloqram çəki dərəcəsində MOİK nümayəndəsi Həsən Əliyev ardıcıl olaraq macar idmançı D.Tollar (5-3), iranlı S.Afifi (10-1) və Finlandiya güləşçisi T.Halmesmyaki (5-0) üzərində inamlı qələbə qazanaraq finala çıxıb. 82 kiloqram çəki dərəcəsində təmsilçimiz Rafiq Hüseynov İsveçrəli F.Dietsşe üzərində təmiz qələbə qazandıqdan sonra belaruslu A.Saxnonu 8-0 hesabı ilə məğlub edərək onu yarışlardan kənarlaşdırıb. Yarımfinal görüşündə isə R.Hüseynov rusiyalı idmançı E.Şarafuddinova (2-1) məğlub olaraq yarışlarda mübarizəni 3-cü yer uğrunda davam etdirəcək.
87 kiloqram çəki dərəcəsində güləşçimiz İslam Abbasov əvvəlcə Braziliya idmançısı R.Santyaqoya 9-0 hesabı, sonra isə Çin təmsilçisi X.Yaona 13-4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı rəqibi S.Kodzokova 5-2 hesabı ilə məğlub olan həmyerlimiz mübarizəni 3-cü yer uğrunda davam etdirəcək. Beləliklə, hərbçilər arasında keçirilən güləş çempionatında komandamız bir qızıl, üç gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal qazanıb. Qeyd edək ki, çempionat mayın 20-də başa çatır.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Salah “Real“ və “Yuventus“a keçməkdən imtina etdi
16.06.2019
Stiven Jozef-Monroz “Neftçi“də
16.06.2019
“Poqba və Mbappe ilə birgə oynamaq istərdim“
16.06.2019
Sulşer Beyldən imtina etdi
15.06.2019
Ukraynanın futbol üzrə U-20 yığması dünya çempionu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info