Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
Tarix: 19.05.2018 | Saat: 05:38:00 | E-mail | Çapa göndər


Azərbaycan həmişə olduğu kimi, Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə Sammitindəki çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması qəbuledilməzdir. Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Azərbaycan həmişə olduğu kimi, bu məsələnin ədalətli həllinə töhfə verməyə hazırdır. Biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə əsaslanmalıdır.
Bildirilib ki, ABŞ Prezidentinin Yerusəlim şəhərinin İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır.
Nazir deyib: “Göründüyü kimi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu addım Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və humanitar fəlakətə yol açdı”.
Elmar Məmmədyarov qeyd edib ki, 2013-cü ildə Azərbaycan Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransına və Yerusəlim şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etdi. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində biz BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin himayəsi və İƏT-in dəstəyi ilə Yerusəlim məsələsinə dair beynəlxalq konfransa ev sahibliyi etdik. Həmin konfrans Əl-Əqsa məscidinin bağlanmasını və orada dindarlara qarşı məhdudiyyətləri qınayan kommünikenin qəbulu ilə nəticələnmişdi.
“Bildiyiniz kimi, keçən ay Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına ev sahibliyi edib. Bu tədbir çərçivəsində Qoşulmama Hərəkatının Fələstin məsələsi üzrə Nazirlər Komitəsinin toplantısı təşkil olundu. Yekun Bakı Bəyanatında zorakılığa tamamilə son qoyulması üçün ciddi kollektiv səylərin göstərilməsinə çağırışlar edildi.

Həmçinin Fələstin qurumlarının xahişi əsasında Azərbaycan 2018-ci ilin sonunda Fələstinin Asiya ölkələrində akkreditə olunan səfirlərinin illik toplantısını təşkilinə köməklik göstərməyi planlaşdırır”,- deyə nazir vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaişəsinin həllində Azərbaycana tam dəstəklərinə görə İƏT-ə və onun üzv dövlətlərinə minnətdarlığını çatdıran Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və İƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, 25 ildən artıqdır Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini yerli müsəlman əhali və İslam mədəniyyəti üçün dəhşətli humanitar nəticələrə səbəb olan qeyri-qanuni hərbi işğalda saxlamaqdadır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info