Azərbaycan 15 ölkənin QHT-lərini maliyyələşdirəcək
Tarix: 08.06.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Vilnüs şəhərində keçirilən Litvanın Avropa Birliyində sədrliyinə həsr olunmuş beynəlxalq konfransda “Avropa İttifaqı və onun Şərq Tərəfdaşlığı” adlı paneldə çıxış edib.
Şuranın mətbuat xidmətindən verilən məlumata görə, öncə konfrans iştirakçılarına şura haqqında məlumat verən Azay Quliyev təmsil etdiyi qurumun belə mötəbər konfransa sponsorluq etməsindən məmnun olduğunu söyləyib. Şuranın indiyədək 2000-dən artıq yerli QHT-nin layihələrinin maliyyələşdirildiyini nəzərə çatdıran Azay Quliyev bu ildən etibarən 10-u Avropa İttifaqının üzvü olmaqla, 15 ölkədə QHT-lərin layihələrinin maliyyələşdiriləcəyini və bu əməkdaşlığın Azərbaycanın Avropaya inteqrasiya prosesində irəliləməsinə, cəmiyyətlər arasında anlaşmaya müsbət təsir göstərəcəyini qeyd edib. Avropa İttifaqı və Azərbaycan münasibətlərindən danışan Azay Quliyev Azərbaycanın Avropa İttifaqını strateji tərəfdaş kimi gördüyünü və indiyədək ikitərəfli maraqlara söykənən bir çox sənədlərə imza atıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir: “Təəssüflər olsun ki, Avropa Parlamenti “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələr barəsində qətnamə hazırlayarkən, Avronest PA-nın potensialından tam istifadə etmir. İnanıram ki, biz bu məsələyə diqqət ayırmaqla, birlikdə işləməklə Avropa Parlamenti və Avronest PA arasında anlaşılmazlığı aradan götürə, ümumi maraqlarımız naminə hər iki qurumdan lazımi səviyyədə faydalana bilərik”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info