Əfqanıstan: stadionda üçqat partlayış törədilib, azı 8 nəfər həlak olub
Tarix: 19.05.2018 | Saat: 12:31:00 | E-mail | Çapa göndər


Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verən üçqat partlayış nəticəsində azı 8 nəfər həlak olub, 45 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vilayət qubernatorunun nümayəndəsi Attaullah Hoqyani partlayıcı qurğuların Ramazan ayının başlaması ilə əlaqədar şəhər stadionunda keçirilən kriket oyunu zamanı işə salındığını bildirib. Həlak olanlar arasında yarışın təşkilatçısı və Loğman vilayətinin Mehtərlam şəhərinin merinin müavini də var.
“Tolo News” telekanalının məlumatına əsasən, “Taliban” hərəkatı hadisədə iştirakını inkar edib.
Bu, son bir həftədə Cəlalabad şəhərində baş verən ikinci oxşar insidentdir. Mayın 13-də gömrük idarəsinin qarşısında törədilən partlayış və hücum nəticəsində 6 nəfər həlak olmuş, 20-dək insan yaralanmışdı.




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Türkiyədə gecə klubunda atışma olub, ölənlər var
21.06.2018
İndoneziyada gəmi qəzasında ölənlərin sayı artır
21.06.2018
Neftçala sakini Kürdə batıb
19.06.2018
İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib
19.06.2018
Türkiyədə avtobus aşıb, 45 nəfər xəsarət alıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9440

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info