Paşinyan erməni qaçışının qarşısını ala biləcəkmi?
Tarix: 20.05.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər



Ermənistan vətəndaşlığından imtina edən ermənilər həmişə olub. Çünki onlar üçün vətən məhfumu çox vaxt ikinci dədrəcəli önəm daşıyıb. Onlar həmişə günləri xoş keçən ölkələri özlərinə vətən bilib, orada yaşamağa üstünlük veriblər. Lakin həmin ölkələrin bəd günündə daha yaxşı həyat arzusuyla dərhal həmin ölkələrdən qaçıblar. Biz bunun bariz nümunəsini Yaxın Şərqdə yaşananlardan sonra da gördük. Bir çox erməlilər bu gün də yerlərini dəyişməkdə, yəni Ermənistandan getməkdə israrlıdırlar.

Qeyd edilməlidir ki, ölkədən gedənlərin əksəriyyəti qazanc dalınca daha çox Rusiyaya üz tuturlar. O da xarakterikdir ki, onlar əvvəllər qazanc dalınca xaricə tək gedirdilərsə, son vaxtlar ailələləri ilə birdəfəlik köçüb getməyə üstünlük verirlər. Maraqlıdır, görən, Paşinyan bu qaçışın qarşısını ala biləcəkmi? Bu heç cür inandırıcı görünmür. Çünki, onun elə ilk bəyanatlarından göründüyü kimi o da əvvəlki sələfi Sarkisyandan fərqlənməyəcəyini ortaya qoydu. Biz bundan əvvəl də dediyimiz kimi, ermənilərin ölkədən qaçmasının başlıca səbəbi onların bu gün də işğalçı rejim siyasətinin qurbanına çevrilməməkdir. Onlar qorxurlar. Bunu sədə ermənilər də etiraf edirlər. Onlar bu gün də övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinin əleyhinədirlər. Onların əksəriyyəti üçün yeganə qurtuluş yolu ölkədən qaçmaqdır.
Beləliklə. Rusiyanın “Arqumentı i faktı” nəşri ötən il- 2017-ci ildə Ermənistan vətəndaşlarını ən çox rus vətəndaşlığı almış ilk beş ölkəyə daxil olub. Nəşrin yazdığına görə, ötən il Rusiya vətəndaşlığını qəbul edənlər sırasında Ukrayna 85,119 nəfərlə birinci, Qazaxıstan 40,718 nəfərlə ikinci, Tacikistan 29,039 nəfərlə üçüncü, Ermənistan isə 25,144 nəfərlə dördüncü və nəhayət, Özbəkistan 23,334 nəfərlə beşinci olub.
Qeyd edilməlidir ki, vaxtilə Ermənistan rəhbəri Sarkisyana ölkədən qaçanların sayndakı artımla baglı sual ünvanlayarkən, o halını da pozmadan, bunun bütün ölkələr üçün xarakterik olduğunu bildirmişdi. Lakin o bir nüansı yaddan çıxarırdı ki, təqribən 50 milyonluq əhalisi olan Ukrayna və ya 20 milyona yaxın əhalisi olan Qazaxıstan üşün bu 85-40 minlik insanın ölkədən getməsi dəryadan bir damcı kimi başa düşülməlidir. Axı Ermənistanın əhalisi heç 3 milyon da deyil.
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info