“Milli şura” adı altında Şura hökumətini, azadlıq adı altında vassallığı təbliğ edirlər”
Tarix: 08.06.2013 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Bu gün də Azərbaycana qoşun yeritmək, Azərbaycanın müstəqilliyinə xitam vermək üçün əlindən gələni əsirgəməyən qüvvələr mövcuddur”.
Bunu APA-ya açıqlamasında bir sıra müxalifət nümayəndələrinin “milli şura” adı altında birləşmək cəhdini şərh edən Milli Məclisin deputatı Ceyhun Osmanlı deyib. Deputat bildirib ki, həmin qüvvələr yüz il əvvəl bolşeviklərdən istifadə edirdisə, bu gün vəzifə və biznes üçün hər şeyə hazır olanlardan bəhrələnir: “Təəssüf hissi ilə bildirirəm ki, bu insanlar üçün azadlıq sözü “saqqız” funksiyasını yerinə yetirir. Çünki onlar milli azadlığın fəlsəfəsindən xəbərsizdir və “milli şura” adı altında Şura hökumətini, azadlıq adı altında vassallığı təbliğ edirlər”. Gənclərin “milli şura”nı tanımasına gəlincə isə Ceyhun Osmanlı bildirib ki, Azərbaycan gəncləri yalnız iki Milli Şura tanıyır: “Bunlardan biri 1918-ci ildə Azərbaycanın müstəqilliyi üçün çarpışan Milli Şura, digəri isə 1995-ci ildə yaradılmış Gənclər Təşkilatlarının Milli Şurasıdır. Müxalifət nümayəndələrindən xahiş edərdim ki, “milli” sözünü ləkələməsinlər, özlərinə təzə ad tapsınlar”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info