“Neftçi” klubu Topaz Premyer Liqasının bürünc medallarına sahib olub
Tarix: 21.05.2018 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Mayın 20-də Topaz Premyer Liqasının sonuncu turunda üç oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən matçı “Kapital Arena” stadionunda baş tutub. “Sumqayit” “Zirə” klubunu qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Cavid İmamverdiyev fərqlənib – 1:0. Qoldan sonra hər iki komanda bir- birinin qapısı qarşısında hücumlar yaradsada birinci hissədə hesab dəyişilməyib. Fasilədən sonra hücuma atılan “Zirə” oyunun 68-ci dəqiqəsində hesabı bərabərləşdirib. Aleksandr Dedov adını tabloya yazdırıb – 1:1. Qarşılaşmanın əsas vaxtının əlavə olunmuş beşinci dəqiqəsində zirəlilər hesabda önə çıxa biliblər. Künc zərbəsindən sonra Sadio Taukara dəqiq baş zərbəsi ilə qələbə topunu vurub. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Beləliklə “Sumqayit” “Zirə” oyunu “Zirə” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada “Neftçi” “Kəpəz” komandasının qonağı olub. Həmən görüş Gəncə şəhər stadionunda keçirilib. Səfərdə “Kəpəz”in qonağı olan “flaqman” 1:2 hesabı ilə qələbə qazanıb. Oyunda hesab ikinci hissənin 63-cü dəqiqəsində açılıb. Ruslan İbişov fərqlənib – 0:1. Qoldan beş dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Şəhriyar Rəhimov qapıçının səhvini bağışlamayıb – 1:1. Matçın 79-ci dəqiqəsində paytaxt təmsilçisi Lukas Emanuel Qomesın sahəsində yenə də hesabda önə keçib – 1:2. Qalan dəqiqələrdə hər iki komandanın cəhtlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə görüş “Neftçi” klubunun səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” klubu UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.
Turun autsayderlərin görüşü sayılan “Səbail” və “Keşlə” klubları üz-üzə qəliblər. “Səbail” klubu doğma meydanda “Bayıl Arena”da “Keşlə” klubunu qəbul edib. Oyunda qonaqlar 1:0 hesabı ilə minimal qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 63-cü dəqiqədə Rafayel Məhərəmli olub.
Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 46 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (44 xal), “Sumqayıt” 40 (xal), “Keşlə” (31), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.
Qeyd edək ki, tura mayın 21-də “Qəbələ” “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşlaşmadan sonra mükafatlandırma mərasimi olacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info