İsveç millisi ardıcıl iki il hokkey üzrə dünya çempionu olub
Tarix: 21.05.2018 | Saat: 12:37:00 | E-mail | Çapa göndər


Danimarkanın Kopenhagen və Herninq şəhərlərinin ev sahibliyi etdiyi hokkey üzrə dünya çempionatında 16 komanda birincilik uğrunda mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, 82-ci dəfə təşkil olunan mundialın qızıl medalı uğrunda görüşdə İsveç və İsveçrə yığmaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Overtaymda da komandalar fərqlənmədiyindən qalib bullit seriyasında müəyyənləşib. Bullit seriyasında Filip Frisberq fərqlənməklə İsveç millisinə 3:2 hesablı qələbə qazandırıb və komanda dünya çempionatının qızıl medalına sahib olub.
Bürünc medal uğrunda görüşdə ABŞ və Kanada yığmaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən ABŞ hokkeyçiləri dünya çempionatının bürünc medalına sahib olublar. Çempionatın favoritlərindən hesab olunan ABŞ yığması 2015-ci ildən indiyədək ilk dəfədir mükafatçılar sırasında yer alıb. Kanada yığması isə əksinə son üç ildə ilk dəfədir ki, çempionatı mükafatsız tərk edib. Ötən üç dünya çempionatında Kanada millisi iki dəfə qızıl, bir dəfə gümüş medal qazanıb.
ABŞ millisinin hücumçusu Patrik Keyn dünya çempionatının rekordunu yeniləyib. Belə ki, hokkeyçi keçirdiyi 10 oyundan 20 xal toplayıb. Əvvələr bu rekord kanadalı Deni Hitliyə məxsus olub.
Qeyd edək ki, ötən il Almaniya və Fransanın birgə ev sahibliyi etdiyi dünya çempionatının da qalibi İsveç hokkeyçiləri olublar. Növbəti dünya çempionatı gələn il mayın 10-dan 26-dək Slovakiyada təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info