Kiyevdə AXC-nin 100 illiyi qeyd edilib
Tarix: 21.05.2018 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində rəsmi qəbul keçirilib.
 
Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən qəbulda Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Ukrayna Ali Radasının deputatları, xarici ölkələrin Ukraynadakı diplomatik korpusların rəhbərləri, tanınmış iş adamları, KİV nümayəndələri iştirak ediblər.
 
Səfirliyin yaydığı məlumata görə, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxışında 1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən danışıb. Qeyd edib ki, müstəqilliyimizin dünya miqyasında tanınması sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi tarixi uğurlardandır. 
“Ötən əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmiz Ulu Öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçib. Ulu Öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə A. Xudiyev vurğulayıb.
 
Səfir Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edib.
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təbriklərini çatdıran S.Kubiv yki ölkə arasında iqtisadi əməkdaşlığın artdığını deyib, qeyd edib ki, Azərbaycan iş adamlarının Ukraynada əlverişli fəaliyyəti üçün komfort şərait yaradılıb.
 
“2017-ci ildə Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsinə görə, MDB ölkələri arasında dördüncü yeri tutublar. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artıb”, -  deyə baş nazirin birinci müavini vurğulayıb.
 
S. Kubiv bildirib ki, iki ölkə arasındakı əlaqələr xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitlik üçün mühüm amilə çevrilib.
 
Sonra tədbir Azərbaycan və Ukraynanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam edib.
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı rəsmi qəbul atəşfəşanlıqla başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info