Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
Tarix: 21.05.2018 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı ilə keçirilən imza günündə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları oxuculara təqdim edilib.
 
“TEAS PRESS” Nəşriyyat Evindən APA-ya bildirilib ki, imza günündə müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir foto şəkillər və sənədlər də sərgilənib.
 
Tədbirdə Türkiyə Cümhuriyyətinin  Gəncə  şəhərindəki Baş  Konsulluğu, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti , KİV nümayəndələri iştirak ediblər. 
 
 
“LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü olduğunu, bu münasibətlə tədbirlər planı hazırlandığını bildirib. O, prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətini diqqətə çatdırıb. 
 
İlboyu AXC ilə bağlı tədbirlərin davam edəcəyini söyləyən Ü. Allahverdiyeva ilk tədbirin məhz Gəncədə keçirilməsinin tarixi əhəmiyyəti olduğunu bildirib: “Çünki Gəncə Cümhuriyyətimizin ilk paytaxtı olub, biz də bu məqsədlə ilk tədbirimizi burada keçirməyi qərara aldıq”.
 
Dilqəm Əhməd Cümhuriyyət tarixi və topladığı materiallar haqqında oxuculara ətraflı məlumat verib. O bildirib ki, Gəncədə Cümhuriyyət sərgisi və imza mərasimi keçirmək həm də mənəvi borcdur: “Gəncə Yusifbəylilərin, Rəfibəylilərin, Şeyxzamanlıların, Ziyadxanlıların, Pişnamazzadələrin, Xasməhəmmədovların yurdudur. Cümhuriyyətimizin qurucularının çoxu bu torpaqda yetişib. Ona görə də burada sərgi və imza günü keçirmək bizim üçün şərəfdir”.
 
Müəllif sərgisi ilə bağlı oxuculara məlumat verib: “Bu materialları Türkiyənin İstanbul şəhərindən əldə etmişəm. Kolleksiyamızda cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 5 fotoşəkli, 3 məktubu, imzalı kitabı, eləcə də Əlimərdan bəy Topçubaşova, Miryaqub Mirmehdiyevə, Abbasqulu Kazımzadəyə, Mirzəbala Məhəmmədzadəyə, Əhməd bəy Ağaoğluna aid orijinal fotoşəkillər, müxtəlif materiallar var. Bu materiallar hazırda üç kitab şəklində oxuculara təqdim edilib”.
 
Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin 4 ildə Türkiyədə bu dövrə aid topladığı materiallar - fotolar, sənədlər “TEAS PRESS” Nəşriyyat Evi tərəfindən “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub.
 
Müəllifin “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar təqdim edilib.
 
Əsərdə Məhəmməd Əmin Rəsulzadənin nadir fotoşəkilləri və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib. Müəllifin “Mühacirlərin dönüşü” adlı ikinci kitabında Azərbaycan Cümhuriyyəti və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material təqdim edilib.
 
D. Əhməd 19 may tarixinin həm də Azərbaycanın böyük fikir adamı Əhməd bəy Ağaoğlunun anım günü olduğunu bildirərək şəxsi kolleksiyasında olan materiallar əsasında yeni kitab hazırladığını bildirib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info