Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
Tarix: 21.05.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


Azərbaycanın işgüzar dairələri və biznesmenləri hər il keçirilən Peterburq Beynəlxalq İqtisadi Forumunun (PBİF) meydançalarında aktiv iştirakı və daha geniş təmsil olunması barədə düşünməkdə məna var. Çünki PBİF Azərbaycanın biznes potensialı üçün mühüm və real meydançalardan biridir. Bu fikri Rusiya azərbaycanlılarının vahid informasiya portalı AZRU-ya açıqlamasında tanınmış ictimai-siyasi xadim, iş adamı, Rusiyanın azərbaycanlı icmasının fəalı Səadət Qarayeva bildirib. 
Onun sözlərinə görə, müasir iqtisadiyyat o qədər tez və bir çox hallarda nəticəsi heç də həmişə bəlli olmayan şəkildə inkişaf edir ki, həm sərmayəçiləri, həm də sərmayə cəlb etmək istəyənləri böyük sayda çağırışlarla üzləşdirir. O əmindir ki, mərkəzləşdirmə yolu ilə bu problemi daha tez, daha effektiv və daha keyfiyyətli şəkildə həll etmək olar: “Daim adaptasiyada olmaqla müasir bazar investisiya və danışıqlar meydançaları problemlərinin cəmləşdirilmiş həlli üçün irimiqyaslı iqtisadi forumlar şəbəkəsi qismində özünə uyğun olan bir sistem işləyib hazırlayıb. Artıq bu tək ayrı-ayrı dövlətlərin konkret siyasətçilərinin iradəsi deyil, bu təbii bir prosesdir. Forum məkanı sərmayyələr, sazişlərin bağlanması, mövcud problemlərin həlli istiqamətində müştərək fəaliyyət üçün əlverişli maliyyə ekosistemi formalaşan yerdə əmələ gəlir”.
Onun fikrincə, şəraitin, investisiya imkanlarının, bu məsələlərlə bağlı yerli və regional qanunvericiliyin dəyişmə sürətini nəzərə alaraq məntiqə tam uyğundur ki, bir tədbirlərin populyarlığı artır, digərlərinin isə - azalır.
“Bu gün Avrasiya iqtisadçılarının diqqəti Peterburq Beynəlxalq İqtisadi Forum-2018 çərçivəsindəki hadisələrə yönəlib. Siyasi şəraitə baxmayaraq 2017-ci ildəki kimi bu il də Peterburq forumu nəinki Avrasiya, bütün dünyanın iri biznesinin nümayəndələri, siyasətçiləri və iqtisadçıları üçün perspektiv meydançaya çevriləcək. İnkişafın əyani və müsbət bir misalı kimi onu göstərmək olar ki, bu il forumun böyük bir meydançalarından birini bizim Xəzər regionundakı tərəfdaşımız – Qazaxıstan tutacaq. Dünyanın ən böyük müstəqil fondlarından sayılan “Samruk-Kazına” Milli Rifah Fondu energetika, neft-kimya, mədənçilik sektoru və s. daxil olmaqla iri milli aktivlərin özəlləşdirilməsində iştirak etmək istəyən sərmayyəçilərə təkliflər irəli sürəcək”, - deyə o qeyd edib.
S.Qarayeva vurğulayıb ki, beləliklə, Qazaxıstan təkliflərin yerləşdirilməsi üçün forumda yaradılmış imkanlardan tam şəkildə istifadə edir, və Azərbaycan iş adamlarının da bu barədə düşünməklərində məna var - həm də ona görə ki, burada “yüksək səviyyəli iştirakı” nəzərə alsaq, Sankt-Peterburqdakı forum faktiki olaraq Davosla eyniləşib, yalnız bir qədər şimaldadır, bu da tam məntiqlidir.   
“Rusiya – kifayət qədər perspektivi olan bir bazardır ki, bu da iri xarici biznesin və siyasətçilərin diqqətini cəlb edir. Bu dəfə qonaqlar sırasında – OPEC-in baş katibi, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru - və bu heç də tam siyahı deyil. Ümidvarıq ki, növbəti dəfə Azərbaycan öz Xəzər tərəfdaşına ciddi rəqabət təşkil edə biləcək - həm də ona görə ki, forumun digər iştirakçıları üçün bizdə olan təkliflərin sayı daha çoxdur”, - deyə Səadət Qarayeva bildirib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Bilik Fondu texniki kollecdə mühazirə təşkil edib
15.06.2018
Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır
14.06.2018
Daşkənddə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub
14.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
14.06.2018
KİV nümayəndələri məhkəmə binalarının yeni standartları ilə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info