Məmməd Musayev: “Son 15 ildə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə artıb“
Tarix: 21.05.2018 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


"Azərbaycan müstəqillik qazandığı ilk illərdən etibarən müharibə ilə üzləşib, Ermənistanın ölkəmizə təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyona qədər soydaşımız öz torpaqlarından didərgin düşüb". Bunu "Dayanıqlı İnkişaf  Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransda  Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib. M.Musayevin sözlərinə görə, həmin dövrdə Azərbaycan siyasi və iqtisadi cəhətdən nə qədər çətin vəziyyətdə olsa da, qaçqın və məcburi köçkünlərin, eləcə də bütün ölkə əhalisinin sosial təminatını həyata keçirib: “Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5,4 faizə,  işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsinə nail olunub. Son 15 il ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb. Bu baxımdan düşünürük ki, Qarabağ məsələsi də daxil olmaqla regional münaqişələrə daha həssas yanaşma olmalı, müharibələr nəticəsində bütün əmlakını, yaşadığı yeri itirən insanlara humanitar yardım göstərilməlidir. Ən önəmli məsələ isə qaçqınların öz torpaqlarına geri dönüşünün təmin edilməsidir. Bunun üçün isə gərək bu münaqişələr ədalətli həll olunsun, sülh bərpa edilsin. Düşünürük ki, bu istiqamətdə BMT-nin və Beynəlxalq Əmək Təşkilatının üzərinə çox ciddi məsuliyyət düşür. Əmək miqrasiyasını və qaçqınlığı doğuran digər bir səbəb isə ölkələr, müxtəlif əhali qrupları arasında dərinləşən iqtisadi bərabərsizlikdir. Bu məsələnin həlli üçün də beynəlxalq təşkilatlar istiqamətverici rol oynamalıdır. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində yoxsul ölkələrin təhsil və səhiyyə sahələrinə investisiya edilməli, normal yaşayış üçün minimum infrastruktur təmin edilməlidir”.
M.Musayev əlavə edib ki, son 15 ildə ölkədə 1,4 milyon daimi olmaqla, 1,9 milyon yeni iş yerinin açılmasına imkan verib: "Bu müddətdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artıb, sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınıb. 2017-ci ildə ÜDM istehsalı 70,1 milyard manata çatıb, əhalinin hər nəfərinə 7 milyon 205 manat məbləğində əlavə dəyər istehsal olunub, muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 528,2 manat təşkil edib. Ölkəmizdə iş yerlərinin 75 faizi məhz özəl sektorun payına düşür".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Yanvar-mayda hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5 faiz artıb
20.06.2018
Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmində 39,3 faiz artım olub
19.06.2018
Ölkə üzrə bu günədək 451 ton yaş barama tədarük olunub
18.06.2018
Füzulidə 437 hektar sahədə şəkər çuğunduru becərilir
18.06.2018
Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info