Azərbaycan və Türkiyə aqrar sahədə birgə layihələr həyata keçirə bilər
Tarix: 21.05.2018 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 19-da Prezident İlham Əliyevin tapşırığına əsasən bu qurumun yeni rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə edib.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.  
İnam Kərimov və nümayəndə heyətinin üzvləri Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba ilə görüşüblər. Əhməd Əşrəf Fakıbaba Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq, İnam Kərimovun nazir vəzifəsinə təyin edildikdən sonra ilk xarici səfərini Türkiyəyə etməsindən məmnunluq hissi keçirdiklərini bildirib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar olduğunu, bitki, heyvandarlıq, taxılçılıq, toxumçuluq və digər sahələrdə əlaqələrin inkişafına hazır olduqlarını bildirib. Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, aqrar sahə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından mühüm sahələrdən biri kimi müəyyən edilib. Bu sahədə dünyada qabaqcıl ölkələrdən biri hesab edilən Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi, qardaş ölkənin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Görüşdə əməkdaşlıq üçün prioritet istiqamətlər müəyyən edilib, müvafiq fəaliyyət planının hazırlanması, birgə layihələrin həyata keçirilməsi, iki ölkənin mütəxəssisləri, özəl sektor nümayəndələri arasında təmasların intensivləşdirilməsi, tədris, strateji tədqiqat, aqrar elm və digər sahələrdə konkret addımların atılmasına dair razılıq əldə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Udi gənclər Bilik Fondunun köməyi ilə dövlət dilimizi daha dərindən öyrənirlər
19.08.2018
Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir
19.08.2018
19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür
19.08.2018
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
19.08.2018
Azərbaycanın ilk Xalq Şairi - Mirvarid Dilbazi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9902

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info