Bolqarıstan 2020-ci ildə Azərbaycan təbii qazını ala biləcək
Tarix: 21.05.2018 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


Bolqarıstan 2020-ci ildə ilk Azərbaycan təbii qazını ala biləcək. Bolqarıstan KİV-ləri xəbər verir ki, bu barədə ölkənin energetika naziri xanım Temenujka Petkovanın “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə görüşündə danışılıb.
Nazir son aylarda Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) layihəsi üzrə işlərin intensivləşdiyini deyib: “Bu layihə hökumət üçün əsas prioritetdir. “ICGB” şirkəti artıq İnnovasiya və rəqabətə əsaslanan əməliyyat proqramı çərçivəsində benefisiardır ki, bu da bizə layihə çərçivəsində 39 milyon avro məbləğində əlavə maliyyələşdirməni tətbiq etməyə imkan verir. Hazırda interkonnektorun tikintisi üzrə tender elan edilib. Bütün işlərin qrafik üzrə həyata keçirilməsində maraqlıyıq. 2020-ci ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır”, - deyə o əlavə edib.
“Şahdəniz” konsorsiumunun nümayəndələri isə nazirə məlumat verib ki, “Şahdəniz-2” yatağından təbii qaz hasilatı üzrə işlər sürətlənir. Onlar əmin olduqlarını bildiriblər ki, 2020-ci ildə Bolqarıstan ilk Azərbaycan təbii qazının ala biləcək. Azərbaycan Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətini dəstəkləyir.
Qeyd edək ki, Bolqarıstan IGB interkonnektoru ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq. 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbirini ödəyəcək.
IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Yanvar-mayda hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5 faiz artıb
20.06.2018
Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmində 39,3 faiz artım olub
19.06.2018
Ölkə üzrə bu günədək 451 ton yaş barama tədarük olunub
18.06.2018
Füzulidə 437 hektar sahədə şəkər çuğunduru becərilir
18.06.2018
Laçınlı məcburi köçkünlər 1 tondan çox barama təhvil veriblər

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info