Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir
Tarix: 08.06.2013 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Vladimir Putin: “Regionlararası əməkdaşlıq konstruktiv tərəfdaşlıq və mehriban
qonşuluq münasibətlərinin inkişafının mühüm amilidir”

Prezident İlham Əliyev dördüncü Rusiya-Azərbaycan regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb:
“Hörmətli dostlar!
Sizi - qəhrəman şəhər Volqoqradda keçirilən illik Rusiya-Azərbaycan regionlararası Forumunun iştirakçılarını və təşkilatçılarını ürəkdən salamlayıram. Yaranmış ənənəyə görə, bu Forum çərçivəsində iclaslar növbə ilə Azərbaycanda və Rusiyada keçirilir. Bu, hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı maraq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin davamlı inkişafına dəlalət edir.
Əlamətdar haldır ki, bu qısa müddətdə forum regionlararası əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan birgə təklif və qərarlar hazırlanması üçün səmərəli bir məkana çevrilmişdir.
Bir məqam dərin rəmzi məna daşıyır ki, bu dəfə görüş yeri kimi cari ildə Stalinqrad ətrafında qələbənin 70 illiyini qeyd etmiş Volqoqrad şəhəri seçilmişdir. Axı faşist Almaniyasını ölkənin içərilərinə soxulmaq, o cümlədən silahlı qüvvələrin döyüş qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan Bakı neftini ələ keçirmək imkanından məhrum etmiş, bununla da bütün müharibənin gedişini dəyişmiş ən şiddətli döyüşlər məhz bu torpaqda gedirdi. O müharibə illərində xalqlarımızın qismətinə düşmüş ağır sınaqlardan birlikdə çıxdıq.
Sevindirici haldır ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkələrimiz siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir, əməkdaşlığın coğrafiyası genişlənir.
Əminəm ki, Forum iştirakçıları qarşılıqlı anlaşmanın dərinləşməsinə sanballı töhfə verən, ikitərəfli əlaqələri daha da möhkəmlədən işgüzar və konstruktiv dialoqa nail olacaqlar.
Sizə səmərəli iş arzulayır, ən xoş diləklərimi bildirirəm”.
Rusiya Prezidenti Vladimir Putin də dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” Forumunun iştirakçılarına və qonaqlarına müraciət ünvanlayıb: “Qəhrəman şəhər Volqoqradda keçirilən dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” Forumunun iştirakçılarını və qonaqlarını salamlayıram. Sevindirici haldır ki, Rusiyanın və Azərbaycanın dövlət hakimiyyəti orqanlarının, işgüzar dairələrinin, ictimai təşkilatların, ekspertlərin və jurnalistlərin nümayəndələrini birləşdirən bu cür genişmiqyaslı tədbirlər keçirilməsi xeyirxah bir ənənəyə, hər iki ölkənin həyatında mühüm hadisəyə çevrilmişdir. Regionlararası əməkdaşlıq konstruktiv tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafının mühüm amilidir. Rusiya və Azərbaycan regionlarının fəal əlaqələri, onların energetika, nəqliyyat, təhsil, informasiya və kütləvi kommunikasiyalar sahələrində müştərək layihələr həyata keçirməsi milli iqtisadiyyatların potensialının daha tam üzə çıxarılmasına şərait yaradır. Bu cür əlaqələr həm də xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsi üçün çox vacibdir. Əminəm ki, Forum onun bütün iştirakçıları üçün çox faydalı olacaq, yeni perspektivli layihə və təşəbbüslərin gerçəkləşməsi üçün yaxşı start meydançası kimi xidmət edəcəkdir. Sizə uğurlu iş arzulayır və ən xoş diləklərimi bildirirəm.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info