Müəllimlər sertifikasiyaya cəlb olunacaqlar
Tarix: 21.05.2018 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb edilirlər. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib. Layihəyə əsasən “Təhsil haqqında” qanunun 1-ci maddəsinə 6-1 və 8-1 bəndləri əlavə edilir. Təklif olunan 6-1 bəndində deyilir ki, sertifikasiya - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.  
8-1 bəndində isə bildirilir ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən, məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və SABİS (YÜksək yerləşdirmə) təhsil proqramıdır).
Əmək Məcəlləsinə təklif olunan 67-2 (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) maddəsində bildirilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb olunurlar.
Layihələr Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Bayram günlərində Qubaya gələn turistlərin sayı ikiqat artıb
19.06.2018
Göyçayda selin dağıtdığı avtomobil körpüsü 3 gündən sonra istifadəyə veriləcək
16.06.2018
Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər
16.06.2018
Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
16.06.2018
Sahil Babayev sağlamlıq imkanları məhdud gənclərlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info