Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
Tarix: 21.05.2018 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunmaqdadır. Şanlı Cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - SOCAR-ın təmsilçisi Kamal Dadaşov və BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov, tədbirlərin davamı olaraq - Fransanın Strasburq və İşveçrənin Cenevrədə şəhərlərində tədbirlər keçiriblər.
Strasburqda Hilton Otelində baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin tarixi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, onun layiqli davamçısı Prezident Ilham Əliyevin müasir siyasətindən söhbət açaraq məlumat verib. O, son illər Azərbaycanın iqtisadi inkişafı, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artmasından danışıb.
Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı promo video çarx nümayiş etdirilib.
Daha sonra A.Əhmədov Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından danışıb. K.Dadaşov isə çıxışında SOCAR haqqında məlumat verərək, onun dünyadakı nüfuzundan bəhs edib.
Cenevrənin Cenevrə Biznes Məktəbində baş tutan tədbirdə isə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyisi,səfir Vaqif Sadıqov adından təmsilçisi Yusif Huseynov çıxış edərək vurğulayıb ki, indiki Azərbaycan o vaxtkı AXC-nin varisidir və onun bütün demokratik ənənələrinə sadiqdir. Daha sonra K.Dadaşov SOCAR-ın daxili və xarici layihələri BF şirkətlər qrupunun təsisçisi A.Əhmədov Cənab prezident İlham Əliyevin turizmə qayğısı, Azərbaycanın turizm potensialı və ölkəmizdə keçirilən mühüm tədbirlər barəsində məlumat verildi və tələbələr tərəfindən ünvanlanan suallar cavablandırıldı.
Tədbirlərin sonunda iştirakçılara Azərbaycan nemətləri təqdim edilib, çay süfrəsi açılıb.




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Bilik Fondu texniki kollecdə mühazirə təşkil edib
15.06.2018
Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır
14.06.2018
Daşkənddə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub
14.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
14.06.2018
KİV nümayəndələri məhkəmə binalarının yeni standartları ilə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info