Bakı İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub
Tarix: 21.05.2018 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub. 1978-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib. Bu məktəbdə müəllim, direktor müavini və direktor işləyib. 1981-ci ildə Bakıya köçüb, 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub. 1986-cı ildə professor Afat Qurbanovun rəhbərliyi ilə “Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. APİ-nin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində işləyib. 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyib. Qısa müddətdən sonra yenidən APİ-yə qayıdıb. 1997-ci ildə Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə köçürülüb. 2006-cı ildən bu şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ildə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. F.Şahbazlı 3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib. F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, Əməkdar müəllimidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9901

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info