“Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək”
Tarix: 21.05.2018 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək, Serbiya-Azərbaycan əlaqələrinin inkişafına böyük dəstək olacaq”. 
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə geniş tərkibli görüşdə bildirib. 
 
Dövlət başçısı deyib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir: “Biz dost, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Biz beynəlxalq sahədə bir-birimizi dəstəkləyirik. İqtisadi sahədə əməkdaşlıq edirik, əminəm ki, bu gün aparılan danışıqlarda bu sahəyə də təkan veriləcək. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, biz bu gün bölgədə gedən proseslərlə bağlı sizinlə fikir mübadiləsi apardıq. Belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var ”. 
 
Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə gələcəkdə energetika, nəqliyyat sahəsində daha fəal əməkdaşlıq edə bilər: “Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni pilləyə qalxacaq. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. İki ölkənin münasibətlərinin böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir. Əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 5 hərbçi xəsarət alıb
19.06.2018
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib
19.06.2018
Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
18.06.2018
Yaponiyada zəlzələ
18.06.2018
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info