Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” ictimaiyyətə təqdim olunub
Tarix: 21.05.2018 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsrin görkəmli şairi Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın əməkdaşları ilə yanaşı, şairin həmyerliləri - Hacıqabul rayonunun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, kitabın tərtibçilərindən biri, filologiya elmləri doktoru Paşa Kərimov şair haqqında indiyədək aparılmış tədqiqatlar, onun əsərlərinin axtarışı, hazırkı kitabın ərsəyə gəlməsi və s. barədə məlumat verib. Vurğulanıb ki, M.Nadimin “Seçilmiş əsərləri” Hacıqabul rayonunun Nəvahi kəndində əldə edilmiş 354 vərəqlik əlyazma əsasında ərsəyə gəlib. Əvvəlki dövrlərdə M.Nadimin cəmi yeddi-səkkiz satirik şeirinin bəlli olduğunu deyən P.Kərimov bu kitab əsasında nadimşünaslığın formalaşacağına, şairin həyat və yaradıcılığı barədə dissertasiyalar yazılacağına əminliyini bildirib.
Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, kitabın digər tərtibçisi, filologiya elmləri doktoru Raqub Kərimov şairin irsinin axtarışı üçün ötən ilin isti yay günlərində xeyli əziyyət çəkdiklərini, bütün Hacıqabulu dolaşdıqlarını diqqətə çatdırıb. Şairin qəbrinin hələ də aşkarlanmadığını deyən R.Kərimov bunun üçün xüsusi komissiya yaradılmasının zəruriliyini vurğulayıb.
AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, kitabın redaktoru, filologiya elmləri doktoru Zaman Əsgərli şairin irsinin toplanmasını və nəşrini xeyirxah bir əməl kimi dəyərləndirib. Kitabın ədəbiyyat tariximizin öyrənilməsində böyük rolu olacağını əminliyini bildirən alim M.Nadimin həyat və yaradıcılığının araşdırılması istiqamətində axtarışların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Hacıqabul rayonunun ictimaiyyət nümayəndələri adından ədəbiyyat və sənət vurğunu Mübariz Xəlilov şairin həyat və yaradıcılığı, dövrü və mühiti haqqında müfəssəl məlumat verib. O, həmçinin tədbir iştirakçılarını şairin nəvə-nəticələri və digər yaxın qohumları ilə tanış edib.
Hacıqabul Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, şair Əmrah Şirvanlı, Hacıqabul Mədəniyyət Mərkəzinin əməkdaşı Səadət Həsənova və başqaları M.Nadim irsinin toplanması, nəşri və tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Tədbir bədii hissə ilə davam etdirilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək
23.10.2018
Kiyevdə Nizami Gəncəvi adına park salınacaq
23.10.2018
“Uşaq kitab karvanı” İsmayıllıda
23.10.2018
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilir
23.10.2018
Moskvada “Yeddi gözəl” baleti nümayiş olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10303

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info