“Nikol Paşinyan qlobal güc mərkəzlərinin siyasi layihəsidir”
Tarix: 21.05.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Nikol Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir. Dünya siyasətini müəyyənləşdirən bəzi güclər bu layihə vasitəsilə bir neçə məqsədə çatmaq istəyirlər. Onlardan biri regionda gərginliyi daha da artırmaqla qlobal terrorizmin coğrafiyasını böyütmək və terror siyasəti vasitəsilə regional aktorları qarşılıqlı müharibə vəziyyətinə gətirməkdir. Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat da elə bu məqsədə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Hikmət Babaoğlu qeyd edib ki, hədəf Azərbaycan-Türkiyə-Rusiya münasibətləridir. Çünki bu münasibətlər regionda geostrateji müvazinəti saxlamaqla regional təhlükəsizliyi təmin edir. Bu vəziyyət də Paşinyanın ağalarını qane etmir. Onların siyasi planlarına görə, Yaxşın Şərqdə yaratdıqları hibrid müharibə ssenarisi Türkiyə və Azərbaycan üzərindən Rusiyaya, xüsusilə cənub sərhədlərinə transfer edilməli, sonra isə Rusiya Federasiyasının digər subyektlərinə ötürülməlidir. Onlar hesab edirlər ki, Naxçıvanda vəziyyət gərginləşərsə 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın statusunun qarantorları olan Rusiya və Türkiyə məsələyə müdaxilə etmək məcburiyyətində qalarlar və beləliklə, bu iki regional gücün Yaxın Şərq regionunda müttəfiqliyi pozular. Nəticədə hər iki ölkəni qarşı-qarşıya qoyub sonrakı mərhələdə onları qlobal terrorizmin poliqonuna çevirmək olar. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, mümkün ssenariyə görə, Azərbaycan zəiflədilməli, ölkədə sabitlik pozulmalı və Qarabağ problemi asanlıqla ermənilərin lehinə həll olunmalıdır.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın regional iqtisadi və hərbi-siyasi güc mərkəzi olması, qlobal aktorlarla müstəqil və milli maraqlara əsaslanan qarşılıqlı əlaqələr qurması, eyni zamanda, çoxtərəfli diplomatik platformalarda region ölkələri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıması Paşinyan təxribatı və siyasi layihəsini əvvəlcədən uğursuzluğa düçar etmiş olur. Ona görə də əgər belə davam edərsə, Paşinyan siyasi layihə kimi ən uzağı bir il mövcud ola bilər. Ermənistanda bu reallıq nə qədər tez dərk edilsə, onların böhrandan xilas olmaları üçün də bir o qədər tez perspektivlər yarana bilər.




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
17.08.2018
ABŞ-ın populyar radio-şousunun efirində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunub
17.08.2018
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
15.08.2018
Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
15.08.2018
Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9902

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info