Rusiyalı politoloq xəbərdarlıq edir: “Ukrayna boz zonaya çevriləcək”
Tarix: 21.05.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti ölkəsinin MDB-nin bütün strukturlarındakı nümayəndələrinin geri çağırılmasına dair fərman imzalayıb
Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün strukturlarındakı nümayəndələrinin geri çağırılması ilə bağlı fərman imzalayıb. Bu barədə Prezident Petro Poroşenko Vinnitsa şəhərinə səfəri zamanı deyib. “Ukraynanın MDB strukturlarında daha heç bir işi yoxdur. Biz Avropaya doğru birlikdə hərəkət edirik” - deyə dövlət başçısı bildirib. Qeyd edək ki, mayın 2-də Petro Poroşenko bu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Ukraynanın MDB-nin bütün strukturlarından çıxacağı barədə bəyanat vermişdi. Petro Poroşenko mətbuata açıqlamasında onu da deyib ki, Ukrayna əhalisinin 70 faizi ölkənin Avropa İttifaqına üzv olmaq ideyasını dəstəkləyir: “Avropa təkcə coğrafi baxımdan kateqoriya deyil, bu, ilk öncə müstəqilliyin, demokratiyanın, insanların hüquq və azadlıqlarının ümumi dəyəridir”. Poroşenko Ukraynanın Avropa İttifaqına üzv olacağına əminliyini ifadə edib. Poroşenko onu da qeyd edib ki, Ukraynada dekommunizm prosesi çərçivəsində 52 min meydan və küçənin adı dəyişdirilib. Poroşenko bildirib ki, təkcə Leninin 1500 heykəli sökülüb. “Kommunist və sosialist-totalitar rejimlərin qınanılmasına dair Ukrayna qanunvericiliyinə əsasən bu cür adların dəyişdirilməsi davam edəcək” - deyə Poroşenko əlavə edib. Qeyd edək ki, MDB İcraiyyə Komitəsindən yayılan açıqlamada qeyd edilir ki, onlara Ukraynanın təşkilatın ayrı-ayrı strukturlarındakı təmsilçilərin geri çağırılması ilə bağlı heç bir sənəd daxil olmayıb. Ukraynanın MDB yanındakı nümayəndəliyindən isə “RİA Novosti”yə bildiriblər ki, bu strukturdakı gələcək fəaliyyətləri ilə bağlı heç nə deyə bilməzlər: “Hələlik bu haqda bizdə heç bir informasiya yoxdur”. Ukraynanın Belarusdakı səfirliyi də onlara bu məsələ ilə bağlı heç bir rəsmi sənəd daxil olmadığını açıqlayıb. Rusiyalı politoloq Vladislav Qulçeviç “Sputnik”ə açıqlamasında bildirib ki, bu addımla Poroşenko rejimi birdəfəlik Qərbə oriyentasiya olunduğunu ortaya qoyur: “Onlar var gücləri ilə çalışırlar ki, MDB ilə əlaqələrini kəssinlər. Amma bu addımın Ukrayna dövləti üçün acı nəticələri olacaq. Bu acı nəticə özünü, ilk növbədə iqtisadiyyatda göstərəcək. Ola bilər ki, MDB-dən tamamilə çıxmaq Ukrayna hakimiyyətinin yuxarı eşalonu üçün müəyyən dividendlər gətirsin, amma xalq üçün yox. Bundan sonra Ukraynada mərkəzdənqaçma fəaliyyəti güclənəcək, iqtisadiyyatda durğunluq daha da artacaq. Ukrayna, sadəcə olaraq, boz zonaya çevriləcək”. Ekspert Yevgeniya Krasilova isə bildirib ki, Ukrayna bu addımı ilə Avropa İttifaqına yaxınlaşmağı düşünsə də, yanılır: “Ukraynanın Avropaya inteqrasiyası məhdudlaşdırılıb. Ukrayna, Avropa İttifaqı üçün tutacağı olmayan çemodandır. Burada bir məsələni də diqqətdən qaçırmaq olmaz. 2009-cu ildə Gürcüstan MDB-dən çıxdı. Bu haqda qərarı Mixail Saakaşvili qəbul etdi. İndi onun taleyi qaranlıqdır: cinayət araşdırması üçün axtarışdadır və vətəndaşlıqdan da məhrum edilib. Belə görünür ki, indi də Poroşenko onun yolu ilə gedir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Qəndaharda amerikan generalı yaralanıb
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib
19.10.2018
Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10299

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info