Çin şirkətləri SOCAR-ın layihələrinə cəlb olunacaq
Tarix: 22.05.2018 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
Çinin İxrac Kredit Sığorta Korporasiyası (“Sinosure”) Azərbaycan və SOCAR ilə əməkdaşlığa maraq göstərir. SOCAR-dan bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev Çinin İxrac Kredit Sığorta Korporasiyasının icraçı direktoru Vanq Yinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə SOCAR-ın kəşfiyyat, hasilat, nəql, emal və kimya sahələrində həyata keçirdiyi layihələrdə Çin şirkətlərinin iştirakı üçün mövcud imkanlar barədə müzakirə aparılıb. Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiyalar yatırmağa cəlb etmək üçün “Sinosure” və SOCAR arasında məlumat mübadiləsinin təşkili və bu istiqamətdə ortaq səylərin gücləndirilməsinin zərurəti vurğulanıb, habelə SOCAR-ın fəaliyyət göstərdiyi region ölkələrində də Çin şirkətləri üçün investisiya imkanları müzakirə olunub. “Sinosure” ixrac kreditlərinin sığortalanması sahəsində ixtisaslaşan yeganə Çin sığorta şirkətidir. O, öz fəaliyyətinə 2001-ci ilin dekabr ayında başlayıb və mənzil qərargahı Pekində yerləşir. “Sinosure” ölkə miqyasında xidmət şəbəkəsi formalaşdırıb. Son illərdə 187,2 milyard dollar həcmində investisiya və 141,4 milyard dollar həcmində orta və uzunmüddətli ixrac krediti sığortalayıb. “Sinosure” hazırda dünya üzrə 85 min müştəriyə xidmət göstərir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min tondan çox məhsul təhvil verilib
23.10.2018
“BP Azerbaijan” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yeni layihəyə başlayır
23.10.2018
34 rayon və şəhər xərclərini özləri təmin edəcək
23.10.2018
Hərracda19 dövlət əmlakı özəlləşdirilib
23.10.2018
Azərbaycan ixrac missiyası Türkiyəyə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10303

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info