“Star” zavodu üçün ilk neft Azərbaycandan göndəriləcək
Tarix: 22.05.2018 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu üçün ilk neft yükü iyunda Azərbaycandan göndəriləcək.” Bu barədə “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter deyib. O bildirib ki, iyun ayının sonunda ilk neft yükü simvolik olaraq Azərbaycandan göndəriləcək. Artıq bununla bağlı razılıq əldə olunub. İlk xam neft emalı qurğusu isə iyulun üçüncü həftəsində istismara veriləcək: “İndiyədək “Star” layihəsi üzrə 99,1 faiz irəliləyişə nail olunub və 5,2 milyard dollar xərclənib. Zavod oktyabrın əvvəlində istifadəyə verildikdə 6,3 milyard dollarlıq investisiya da tamamlanacaq”. “Neftin qiymətinin 100 dollar/barelə qədər yüksələcəyini düşünmürəm. Qiymətin 60-75 dollar/barel arasında olması həm istehsalçılar, həm də istehlakçılar üçün ideal səviyyədir”, - deyə o bildirib. Qeyd edək ki, layihə üzrə indiyədək ümumilikdə 16 min nəfər çalışıb və 100 milyon/saat iş görülüb. Yay aylarından etibarən zavod sınaq rejimində çalışacaq. Zavodda istehsal olunacaq ilk məhsul sentyabrın sonuncu həftəsində tankerlərlə yola salınacaq. İllik 10 milyon ton xam neft emal gücü olacaq “Star” neft emalı zavodunda xam neft ilə əsas və ya digər məhsulların saxlanması məqsədilə tikilən ümumilikdə 76 ədəd çənin montajı və test işləri tamamlanıb. Gündəlik 34 min kubmetr xam neft emal edəcək zavod Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
22.10.2018
İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub
22.10.2018
Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək
22.10.2018
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
22.10.2018
İmişlidə Bayraq Muzeyi istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10305

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info