Bakı və Əmman arasında birbaşa hava xətti yaradılaçaq
Tarix: 22.05.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin bu ölkənin turizm və abidələr naziri xanım Lina Mazhar Annab ilə görüşündə turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. İordaniyadakı səfirliyimizdən bildiriblər ki, R.Rzayev iki ölkə arasında uğurlu dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin bu əlaqələrə müsbət təsirini vurğulayıb. Səfir, həmçinin Azərbaycanın turizm imkanları barədə məlumat verib, turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirərək bu imkanlardan daha səmərəli istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb. Nazir Kral II Abdullahın İordaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə daim xüsusi diqqətlə yanaşdığını vurğulayıb. 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AITF 2018) iş cədvəli ilə əlaqədar iştirak edə bilmədiyindən təəssüfünü bildirən xanım nazir Azərbaycanla turizm əlaqələrinin inkişaf etdirilməsində, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, 2017-ci ilin yanvarında Londonda Viktoriya və Albert Muzeyində Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimat mərasimini çox bəyəndiyini söyləyib, Azərbaycana həsr olunmuş həmin əlamətdar tədbir üzrə ölkəmizin təcrübəsini yüksək qiymətləndirib. Azərbaycandan İordaniyaya, eləcə də İordaniyadan Azərbaycana səyahət edən turistlərin sayının mövcud imkanlara cavab vermədiyini bildirən nazir turizm əlaqələrinin gücləndirilməsi məqsədilə iki ölkə arasında viza rejiminin sadələşdirilməsinin vacibliyini qeyd edib. O, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təbliğat-təşviqat işinin qarşılıqlı şəkildə gücləndirilməsinin də əhəmiyyətini vurğulayıb, yay aylarında Əmmandan Tbilisiyə çarter reyslərinin Bakıya qədər uzadılması imkanına baxılacağını vəd edib. Nazir ölkəmizin turizm imkanları ilə daha yaxından tanış olmaq məqsədilə Azərbaycana səfər etmək niyyətində olduğunu vurğulayıb. Səfir R.Rzayev İordaniyanın turizm və abidələr nazirinin ölkəmizə səfərinə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini vurğulayıb, bu səfərin turizm sahəsində əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib. Turizm sahəsində əməkdaşlıq perspektivlərindən danışan səfir İordaniyada Azərbaycan turizm sərgisinin keçirilməsini təklif edib. Nazir hər iki ölkənin turizm imkanlarının təbliği məqsədilə İordaniyada və Azərbaycanda turizm sərgilərinin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb və ölkələrimizin turizm potensialı ilə bağlı videoçarxların yerli televiziya kanallarında nümayiş etdirilməsini məqsədəuyğun hesab edib. Görüşdə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 2018-ci ilin fevral ayında Əmmanda keçirilmiş üçüncü iclasının protokolunda turizm sahəsində əməkdaşlıq üzrə irəli sürülən maddələrin həyata keçirilməsi, turizm sahəsində əməkdaşlığa dair iki ölkə arasında imzalanmış sazişin vaxtı keçdiyi üçün yenilənməsi, Bakı və Əmman arasında birbaşa hava xəttinin yaradılması və digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi barədə qarşı tərəfə məlumat verilib, münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə bir daha təşəkkür ifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info