Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda AXC-nin 100 illiyi münasibəti ilə konsert keçirilib
Tarix: 22.05.2018 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Samir Abbasov: “Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atıb”

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın Əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran-pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilib.
Tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutun müəllim və tələbələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət sahəsində tanınmış simaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən institutun rektoru, professor İbrahim Yuldaşev Azərbaycan və özbək xalqları arasında dostluq əlaqələrindən danışaraq, xalqlarımız arasında tarixi yaxınlıq, qədim dövrlərdən başlayan dostluq əlaqələrinin bu gün də uğurla davam etdiyini xüsusi qeyd edib. O, mədəniyyət sahəsinin gələcək mütəxəssislərinə Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği layihəsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Rektor İbrahim Yuldaşev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atdığını söyləyib. O, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq ölkəmizdə yaşayan bütün millətlərə və qadınlara böyük hüquqların verilməsi cümhuriyyətimizin əldə etdiyi nailiyyətlər olduğunu vurğulayıb. Natiq Ulu öndər Heydər Əliyevdən sitat gətirərək, bugünkü müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd edib.
Çıxışlardan sonra konsert proqramı iştirakçılara təqdim edilib. Azərbaycanlı tarzən, əməkdar artist Sahib Paşazadə və Özbəkistan Dövlət Konservatoriyasının gənc istedadlı fortepianoçusu Alfiya Usmanovanın birgə konsert proqramında bir sıra maraqlı Azərbaycan və Qərb klassiklərinin əsərləri ifa olunub.
Tarzən Sahib Paşazadənin “Çahargah rapsodiyası”, “Ay Laçın”, Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə əsərindən”, Fərhad Bədəlbəyli “Şuşa”, Montinin “Çardaş”, Bramsın “Macar rəqsi” və s. əsərlərin ifası iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.
Sonda hər iki musiqiçi çıxış edərək dostluq konsertinin Azərbaycanın istiqlalının 100 illiyinə həsr etdiklərini və bu məqsədlə çıxışın onlara şərəf verdiyini söyləyiblər.
Qeyd edək ki, tədbir yerli mətbuatda geniş işıqlandırılmış və azərbaycanlı tarzən Sahib Paşazadə haqqında Özbəkistan mətbuatında məqalələr verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı
22.04.2019
“Exit Poll“: Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir
22.04.2019
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu
21.04.2019
Şri-Lankada bir neçə kilsədə və oteldə partlayışlar baş verib: 160 ölü, 360 yaralı
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info