BANM-in tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək
Tarix: 22.05.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR – KBR” MMC şirkətilə görüş keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “SOCAR-KBR” MMC-nin Baş menecerinin müavini Nazim Qasımov, İnsan resursları üzrə menecer Səidə Qurbanova, əməliyyat meneceri Dave Clouting, BANM-ın sonuncu kurs tələbələri və əməkdaşları iştirak ediblər.
Ali məktəbin rektoru Elmar Qasımov “SOCAR – KBR” şirkətinin BANM-in tələbələrinə olan marağını yüksək qiymətləndirdiyini qeyd edərək, qonaqlara təşəkkür edib. Rektor artıq neçə vaxtdır şirkətlə BANM arasında gedən danışıqlar əsasında SOCAR-ın iki müəssisəsi arasında əməkdaşlığın genişlənərək hazırkı səviyyəyə gəlməsindən məmnunluğunu bildirib.
“SOCAR-KBR”-in Baş menecerinin müavini Nazim Qasımov tələbələri salamlayaraq şirkət haqqında qısa məlumat verib və onları şirkətlə əməkdaşlığa ruhlandırıb.
Şirkətin əməliyyat mühəndisi Dave Clouting 2015-ci ildə yaradılan
“SOCAR-KBR” şirkətinin məqsədi, fəaliyyət sahəsi, şirkətin üzərində işlədiyi layihələr haqqında geniş təqdimatla tələbələr qarşısında çıxış edib. Daha sonra o, BANM-in tələbələri üçün nəzərdə tutulmuş treninq planlarından danışıb, treninq keçiriləcək sahələri açıqlayıb.
Şirkətin İnsan resurları üzrə meneceri Səidə Qurbanova isə tələbələrə işə qəbul prosesi – CV və “Cover letter” üçün son müraciət tarixi, qiymətləndirmə testi (Assessment test) və intervyu ilə bağlı ətraflı məlumat verib.
Görüş “SOCAR-KBR”-da işləmək arzusunda olan tələbələrin sualları və şirkətin əməkdaşlarının əhatəli cavabları ilə yekunlaşıb.
Qeyd edək ki, “SOCAR-KBR” MMC-nin əsas fəaliyyətinə neft-qaz sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı iş və sınaq xidmətləri, layihə, mühəndislik, texniki, satınalma, tikintiyə nəzarət və layihə idarəetməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlim, yerli personalın bilik və ekspertizasının inkişafı, layihələrin icra qrafiklərinə nəzarət kimi işlər daxildir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info