İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib
Tarix: 22.05.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitki mühafizə, Aqrokimya və Toxumçuluq laboratoriyalarına baxış keçirib. Həmçinin nazirə rayonda yerləşən və pomidor yetişdirilən istixananın istehsal gücü barədə məlumat verilib.
Nazirlikdən bildiriblər ki, istixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətqabliyyətli məhsul çıxarılmasına imkan verir.
İstixanada ilkin olaraq faraş pomidor əkilir. Tanışlıq zamanı məlumat verilib ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir. Nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə edilir. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədilə xüsusi nəqliyyat vasitələri alınıb. İstehsal olunan tərəvəz məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.
Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info