ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
Tarix: 22.05.2018 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına ABŞ-dakı soydaşlarımız da qoşulublar.
Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə ABŞ-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib. Tədbirlər Nyu-York şəhərində bir neçə yerdə təşkil edilib. Belə ki, mayın 20-də Nyu-York və ətraf ştatlarda yaşayan həmvətənlərimiz “Times Square”də bir araya gələrək dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Nyu-Yorkda yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.
Sonra Nyu-York şəhərinin Manhattan bölgəsindən Bruklin bölgəsinə AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Yürüşdə iştitak edən avtomobillərdə Azərbaycana aid nömrə nişanları (“Azerbaijan”, “Baku”, “Baku10”, “Baku55”, “Baku26”, “Agdam” və s.) xüsusi yer alıb.
Daha sonra isə soydaşlarımız AXC-nin 100 illiyini bayram şənliyi ilə qeyd ediblər. Mərasimdə Azərbaycan musiqiləri səslənib, qonaqlara milli mətbəxmizə aid təamlar təqdim olunub.
Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.
https://www.youtube.com/watch?v=MChMQeTcAYk&feature=youtu.be

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:
Xaricdəkilər
1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti
2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti
3. Benilüks Azərbaycanlıları Konqresi
4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi
7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
12. Norveçdə CAN Təşkilatı
13. Norveç Azərbaycan Gənclər Təşkilatı
14. Norveç Azərbaycan Tələbələr Təşkilatı
15. Polşada Azərbaycanlı Gənclər Şurası

Azərbaycandakılar
16. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
17. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
18. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
19. Gənclərin Həmrəyliyi İctimai Birliyi
20. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
21. Azərbaycan Diasporu İnformasiya Mərkəzi
22. XX Əsrin Qadınları İctimai Birliyi
23. “Vəfa” Sosial-İctimai Birliyi
24. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
25. Gəncə Regional Qadın Mərkəzi
26. DiasporTV
27. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi
28. Dünya Gənc Türk Yazarlar Birliyi
29. İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
30. Sabir Fondu
31. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
32. Beynəlxal Mutikultural Şəbəkəsi
33. ENACTUS Azərbaycan
34. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
35. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi
36. Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi
37. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi

Əkbər




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info