“Bakının “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazırıq”
Tarix: 22.05.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Özbəkistanla əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər gəlmiş Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.
Azərbaycanla Özbəkistan arasında tarixi qardaşlıq münasibətləri üzərində əlaqələrin daim inkişaf etdiyini vurğulayan S.Babayev milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə aparılan siyasətin, eyni zamanda, əmək resurslarının səmərəli məşğulluğunun təminatı prinsipinə əsaslandığını qeyd edib. Nazir bu istiqamətdə əldə olunan nailiyyətlər, işçi qüvvəsinin daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq rəqabət qabiliyyətinin artırılması, əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib. O, məşğulluq xidmətlərinin təkmilləşdirilməsinin və əmək bazarında rolunun artırılmasının da əsas hədəflərdən olduğunu qeyd edib. S.Babayev İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan beynəlxalq statuslu Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
Görüş zamanı S.Babayev Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyinin Özbəkistan tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Ş.Kudbiyev Özbəkistanda əmək bazarında mövcud vəziyyətdən, ölkəsində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə həyata keçirilən aktiv tədbirlərdən, aparılan məşğulluq siyasətinin əsas istiqamətlərindən bəhs edib. O, həmçinin ölkəsinin Bakı şəhərinin “Expo 2025” sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əməkdaşlığın, qarşılıqlı təcrübə mübadilələrinin daha geniş müstəvidə qurulması üçün yaxşı imkanların mövcud olduğu, bu imkanların reallaşdırılması üçün tərəflərin müvafiq səylər göstərəcəkləri vurğulanıb. Həmçinin, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədin də hazırlanmasına dair yekdil fikir ifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info