“Mir Cəlal - yazıçı, alim və müəllim”
Tarix: 22.05.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Mir Cəlal - yazıçı, alim və müəllim” Respublika Elmi Konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, ölkəmizin tanınmış və nüfuzlu alimləri, ziyalıları, Filologiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Konfrans iştirakçıları öncə professor Mir Cəlal Paşayevin əsərləri ilə tanış olublar.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov
bildirib ki, bu günlər respublikamızda professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş müxtəlif silsilə tədbirlər həyata keçirilir. ADPU-da keçirilən bugünkü konfrans da həmin silsilə tədbirlər çərçivəsində keçirilən bir tədbirdir. Bu gün universitetin həyatında əlamətdar bir gündür. Bu böyük şəxsiyyətin işığına xalqımızın görkəmli alimləri, ziyalıları toplaşıblar. Mir Cəlal Paşayev böyük alim, örnək pedaqoq, tanınmış yazıçı olub. Onun yaradıcılığında insan və zaman haqqında düşüncələr xüsusi yer tutur. Rektor çıxışının sonunda konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Təhsin Mütəllibov“Mir Cəlal xatirələrdə” mövzusunda məruzə ilə çıxış edib. Professor T.Mütəllibov qeyd edib ki, nəcib və xeyirxah insanların əməlləri onların özlərindən sonra da yaşayır. Bugünkü konfrans bunu bir daha təsdiqləyir. Xatirələr insanın ikinci ömrüdür. Bu baxımdan, professor Mir Cəlal Paşayev zəngin, mənalı, şərəfli bir müəllim-alim-yazıçı ömrü yaşayıb. Müəllimlik onun fəaliyyətində aparıcı yer tuturdu. Müəllim öz ləyaqəti, mədəniyyəti, yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə əsl şəxsiyyət olmalıdır. Professor Mir Cəlal Paşayev əsl şəxsiyyət idi. Səbirli, müdrik, alicənab, həssas, sadə və səmimi bir insan olan professor Mir Cəlal Paşayev həmişə tələbələrin mövqeyindən çıxış edər, onların qayğısına qalardı. O, səmərəli elmi-pedaqoji fəaliyyət göstərib. Professor Mir Cəlal Paşayevin xatirəsi həmişə bizim üçün əzizdir.
Professor Buludxan Xəlilov “Yazıçı-alimin və müəllimin manifesti” mövzusunda məruzə ilə çıxış edib. Professor B.Xəlilov bildirib ki, professor Mir Cəlal Paşayev müəllim, alim və yazıçı kimi cəmiyyətə layiqli bir nümunə olub. Professor Mir Cəlal Paşayev Məhəmməd Füzulini böyük lirik şair kimi təqdim etməyi bacarıb, ədəbi məktəblərin tədqiqində bir ardıcıllıq yaradıb. Onun sadə, səlis dili, özünəməxsus yaradıcılıq üslubu, insanlara və hadisələrə aydın yanaşma tərzi olub. Dil, Vətən, ana, klassiklərlə müasirlərin varisliyi, vəhdəti məsələlərini gündəmə gətirib. “Bir gəncin manifesti” romanı yazıçının yaradıcılığında xüsusi yer tutur. Bütövlükdə professor Mir Cəlal Paşayev ədəbiyyatşünaslığın inkişafında mühüm xidmətlər göstərib. Konfransda professor Asəf Zamanov, professor Qəzənfər Paşayev, professor Şirindil Alışanlı, professor Cəlil Nağıyev, professor Təyyar Cavadov, professor Abdulla Abasov, dosent Məti Osmanoğlu, yazıçı Elçin Hüseynbəyli çıxış edərək professor Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri kimi səciyyələndiriblər və onun roman yaradıcılığını yüksək qiymətləndiriblər.

Nigar



















 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info