Cavanşir Feyziyev: Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir
Tarix: 22.05.2018 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


«Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa ilə Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi». Bu fikirləri Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
C.Feyziyev bildirib ki, Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ə sahib olmaqla regionun ən böyük ölkəsidir. Buraya tarixi İpək yolu üzərində yerləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bi məkandır.
«Azərbaycan regional və continental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır. Cənub Qaz Dəhlizi Aİ üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Aİ enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır»-deyə, C.Feyziyev qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info