Qrant uğrunda mübarizə
Tarix: 22.05.2018 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Seçkidən-seçkiyə aktivləşən və bu il də beş-on nəfər toplaşıb, guya, kimlərinsə onları dəstəklədiyini göstərməyə çalışan radikal müxalifətin aksiyaları elə özləri kimi uğursuz oldu. Hazırda mövzu tapmayan müxalifət indi də öz aralarında, sözün həqiqi mənasında, qırğına çıxıb. Yəni müxalifətin başı yenə də, əvvəlki illərdə olduğu kimi, daxili çəkişmələrə qarışıb. Zatən bəlli idi ki, keçirilən uğursuz mitinqlər xaricdən maliyyə yardımlarının alınmasına hesablanmışdı. Yoxsa adi stadionu belə, doldura bilməyən Əli Kərimli, Cəmil Həsənli və digərləri çox gözəl anlayırdılar ki, mitinqlər, meydan hərəkatları dövrü çoxdan arxada qalıb. İndi mübarizə üsulları fərqlidir, xalqın dəstək verdiyi siyasi qüvvə isə bəllidir. Amma görəndə ki, son zamanlar xaricdə onlara rəqib olan müxalif qruplaşma formalaşıb və onlar da sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək Azərbaycanda ictimai şüura təsir etmək istəyirlər, o zaman özlərinin “dəb”dən düşəcəklərindən qorxdular. Bu səbəbdən də “köhnələr” “yenilərə”, ikincilər də birincilərə qarşı çıxmağa başlayıblar. Təbii ki, real müxalifətin kim olduğunu sübut edən xaricdən qrant almağa ən yaxşı namizəd olacaq.
Sabiq vəkil Aslan İsmayılov, Vaşinqtonda yaşayan jurnalist Sevinc Osmanqızı, "Meydan” TV-nin rəhbəri Emin Milli və "meydançı"lar, bir qrup xaricdə küçə siyasəti ilə məşğul olanlar, Xədicə İsmayıl səngərin bir tərəfindədirlər. Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılının tərəfdarları isə digər tərəfdə “silahlanıb” gecə-gündüz sosial şəbəkələr üzərindən dava-şava aparırlar. Yuxarıda da qeyd edildiyi kimi, təhqirlər səviyyəsinə qalxmış davaların əsas amalı ayrılacaq qranta sahib olmaqdır.
Biz jurnalistlər deyəndə, yazanda ki, bu qüvvələrdən Azərbaycana rəhbər şəxslər olmaz, qarşı tərəf daim bizə təhqirlər yağdırırdı, mətbuatın onlara qarşı qərəzli yanaşdığını deyirdi. Buyurun baxın, indi özlərini özlərindən yaxşı ifşa edən olmadı... Məsələn, Cəmil Həsənli “Meydan” TV-ni tənqid edərkən aşkar şəkildə yazdı ki, bu TV xaricdən ayrılan qrant hesabına ayaqda durur. Emin Milli isə mədəni şəkildə bildirmişdi ki, siyasi meydan ənənəvi müxalifət liderlərindən boşalmalıdır.
Dəyərli oxucularımız da dəfələrlə şahidi olublar ki, müxalifət rəhbərləri seçkiöncəsi xaricdən ayrılan maliyyə yardımlarına görə daim bir-birləri ilə intriqada olublar, vəsaitləri daha çox əldə etmək uğrunda qruplararası mübarizə gedib. Məsələn, AXCP-Müsavat davalarını xatırlatmaq kifayətdir. Müsavat Partiyası 2013-cü il prezident seçkiləri zamanı “milli şura”dan çıxmasından sonra AXCP ilə münasibətləri kəskinləşdirdi.
Bu gün isə ayrı-ayrı ölkələrdə olan antiazərbaycan dairələr, bəzi beynəlxalq güclərin maliyyələşdirdiyi təşkilatların dəstəyi ilə yeni metodlar ortaya atır, internet TV-lər yaradılır, onlayn aksiyalar təşkil edilir və s. Bütün bunlar isə maliyyə olmadan ərsəyə gələ bilməzdi. Ənənəvi müxalifət isə yerində saymaqda davam edir və buna görə də yenilər köhnələri qəbul etmir, maliyyəyə yalnız onların haqq etdiyini düşünür, köhnələr isə yenilərə qısqanclıqla yanaşaraq, onları meydandan sıxışdırmağa çalışırlar. Görünən isə odur ki, biz hələ bu qüvvələrin bir-birini ifşa etməkləri ilə bağlı çox hadisələr müşahidə edəcəyik. Amma son günlər söz davası səngidiyindən hələ ki, siyasi arenada sakitlikdir. Görünür, ağaları çağırıb hərəsinə bir qapaz vurub ki, bir-birinizin sirrini açmaq məsələsində çox uzağa getmisiniz. Xalqın gözündən düşmüşdünüz, bundan sonra lap “o tərəflik” oldunuz...
Doğrudan da, düşünəndə dəhşətə gəlirsən ki, beş-on manata görə bir-birini qıran adamlara hakimiyyəti etibar etmək olarmı? Sadə bir misal deyək ki, bizim müxalifətin ermənilərdən çox sevindiyi “Paşinyan inqilabı”, hələ ki, erməni müxaliflər üçün uğurdan çox, başağrısına çevrilib. Çünki meydanlardan, xaotik mübarizələrdən hakimiyyəti ələ keçirən adam indi xalqı “pis öyrədib”, hər xırda çatışmazlıq, yeni siyasi istəyə görə Ermənistanda “istefa” tələbləri ilə mitinqlər keçirilir...
Qısası, indiki halda baş verənlərdən belə qənaətə gəlmək olar ki, müşahidə olunan bu qarşıdurmalarda əsas məqsəd antiazərbaycan dairələrin ayırdığı qrantdan daha çox qamarlamaqdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info