“Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri”
Tarix: 23.05.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib. Bilik Fondundan “Palitra”ya bildirilib ki, tədbir Prezidentin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilib. Fondun əməkdaşı Aynur Seyidova təmsil olunduğu qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın bu vasitə ilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb. Sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, Azərbaycan ədəbiyyatı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Belə ki, klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılıb, çağdaş ədəbi proses yetərincə dəyərləndirilib, ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülüb. Peşə Təhsil Mərkəzinin direktor müavini Aybəniz Məmmədova əməkdaşlığa görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib. Sonda mərkəzdə təhsil alan gənclər arasında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqə keçirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info