“Dünyada güc balansı dəyişir”
Tarix: 23.05.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Müstəqil xarici siyasət kursu həyata keçirən dövlətlərin sayı artır. Birləşmiş Ştatlar və müttəfiqləri yeni güc mərkəzlərinə qarşı müxtəlif təzyiq alətlərindən istifadə edirlər”

“Birləşmiş Ştatlar və müttəfiqləri dünyanın yeni güc mərkəzlərinə hərbi-siyasi, iqtisadi və informasiya təzyiqləri həyata keçirir.” Bunu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin toplantısında Rusiya təmsilçisi Nikolay Patruşev səsləndirib. Rusiya Təhlükəsizlik Şurasının katibi toplantıda çıxışı zamanı bildirib ki, Birləşmiş Ştatlar və müttəfiqləri yeni güc mərkəzlərinə qarşı müxtəlif təzyiq alətlərindən istifadə edirlər. Bunun üçün həmin mərkəzlərə qarşı təbliğat kampaniyası təşkil edilir, konfrontasiya yaratmaq siyasəti, sanksiya və təxribatlardan istifadə edilir. Patruşev toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, dünyada güc balansı dəyişir və yeni çoxqütblü dünya düzəni modeli formalaşır: “Müstəqil xarici siyasət kursu həyata keçirən dövlətlərin sayı artır. Ona görə də Şanxay Əməkdaşlıq təşkilatının dünyanın siyasi səhnəsində strateji rolu artmaqdadır”. Patruşev çıxışında qeyd edib ki, ŞƏT üzvü olan ölkələr üçün terrorizm və ekstremizm təhlükəsi, ilk növbədə Əfqanıstandan gəlir. Əfqanıstandakı münaqişəli vəziyyəti təktərəfli nizamla cəhdləri yolverilməzdir: “Əfqanıstanda yaranmış vəziyyəti beynəlxalq hüquq normalarından yan keçərək silahlı yolla birtərəfli şəkildə həll etmək cəhdləri situasiyanı daha da ağırlaşdırır. Belə siyasət əlavə təhlükəsizlik riskləri yaradır. Rusiya ŞƏT üzvü olan digər dövlətlərlə birlikdə Əfqanıstanda sülhü və sabitliyi ancaq dinc yolla və əfqanların rəhbərliyi ilə yarıdılmasını dəstəkləyir”. Patruşev qeyd edib ki, Əfqanıstan məsələsində istənilən təşəbbüs maksimum şəkildə region ölkələrinin maraqlarını nəzərə almaqla reallaşdırıla bilər: “Digər ssenarilər qəbuledilməzdir. Ona görə də Çin tərəfinin təklif etdiyi Pekində təmas qrupunun ikinci toplantısının keçirilməsi ideyasını dəstəkləyirik”. Patruşev bildirib ki, iyunun 9-10 tarixlərində Çində ŞƏT üzvü ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək. Həmin toplantıda 2019-2021-ci illər üçün terrorizmə, separatizm və ekstremizmə qarşı mübarizə ilə bağlı proqramı təsdiqlənəcək. Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçıları şurası həmin toplantıda gənclərin terror təşkilatlarına cəlb olunmasına qarşı mübarizə ilə bağlı da proqram qəbul edəcək. Çinin ictimai təhlükəsizlik naziri, Dövlət Şurasının üzvü Çjao Keçji dünən keçirilən tədbirlə bağlı bildirib ki, Təhlükəsiz Şurası katibləri təhlükəsizlik sahəsində informasiya mübadiləsi, beynəlxalq layihələr, o cümlədən “Bir kəmər, bir yol” layihəsinin təhlükəsizliyinin təmin olunması sahəsində koordinasiyanı möhkəmləndirmək barədə razılığa gəliblər: “Biz təhlükəsizlik sahəsində əməkdaşlığa prioritet istiqamət kimi baxırıq. Toplantı iştirakçıları informasiya mübadiləsini artırmaq, birgə əməliyyatlar keçirmək, koordinasiya və döyüş hazırlığı səviyyəsini artırmaq, “Bir kəmər, bir yol” layihəsi və digər transmilli, strateji layihələr, beynəlxalq tədbirlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin etmək üçün sıx əlaqədə işləmək barədə razılığa gəliblər”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info