Ombudsman Aparatında AXC-nin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans
Tarix: 23.05.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib. Konfransda çıxış edən ombudsman Elmira Süleymanova 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.
E. Süleymanova deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verib, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan ombudsman 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi qiymətdir. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov konfransda çıxış edərək bildirib ki, Cümhuriyyət dövrü Azərbaycanın şərəfli tarixidir. Müsəlman Şərqində, türk dünyasında ilk respublika olan, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan AXC demokratik ənənələrə malik idi. Ona görə də Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu deyən Milli Məclisin deputatı Elman Nəsirov Cümhuriyyətin xarici siyasətindən bəhs edib. O qeyd edib ki, AXC xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. AXC-nin xarici siyasətinin həyata keçirilməsində dövrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik şəxslər yaxından iştirak ediblər.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, böyük dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilirdi. Odur ki, Ədliyyə Nazirliyi məhz dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilib. F.Qurbanov qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra ədliyyə sistemi ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib.
Müdafiə Nazirliyinin idarə rəisinin müavini Aydın Əyyubov Milli Ordunun yaranması tarixindən danışıb. Müdafiə Nazirliyinin rəsmisi müasir müstəqil Azərbaycanın Ordusunun təşkil olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən də danışıb. O qeyd edib ki, ümummilli liderin yaratdığı ordu bu gün Prezident İlham Əliyev tərəfindən modernləşdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info